6 C
Baku
Sunday, December 15, 2024

“Deutsche Bank”: ilin birinci yarısında ciddi qlobal böhran yaşanacaq

“Deutsche Bank” ın proqnozlarına görə, ilin birinci yarısında ciddi qlobal iqtisadi böhran yaşanacaq. Birinci rübdə Çində, ikinci rübdə isə ABŞ və avrozonada.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, birinci rübdə dünya iqtisadiyyatı 30% düşəcək. Bundan əlavə, “Deutsche Bank” avrozonada ÜDM-un düşməsini proqnozlaşdırır – ildə 24%. ABŞ-da bu göstərici 13% təşkil edəcək.
Bu, misli görünməmiş səviyyədir.

Xatırladaq ki, daha əvvəl rekord azalma 1958-ci ilin birinci rübündə qeydə alınıb – 10%.
“Daha pis bir nəticə mümkündür”, – bankın mütəxəssisləri qeyd edirlər.
Hərracların başlamasından sonra Dow Jones indeksi 5%, son ay ərzində isə 30% itirib. ABŞ dolları təxminən 1% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər