Banker.az “Financial Times” qəzetinə istinadən məlumat verir ki, kredit təşkilatının iki keçmiş işçisi kral ailəsinin aktivləri üzərindəki nəzarəti banka təhvil verməyi tövsiyə etməklə yanaşı, bunun üçün rüşvət verməyə cəhd göstəriblər.
Qeyd edildiyi kimi, rüşvətin məbləği 1,1 milyon dollar təşkil edib və kral ailəsinin məsləhətçisinə 2011-2012-ci illərdə verilib.
Bununla bağlı bank özü 2014-2016-cı illərdə istintaq işini aparmışdır, nəticədə 12 işçi əlavə bonus ödəmələrindən məhrum edildi.
“Bu addımlar kiçik qrup insanlar tərəfindən həyata keçirilib, – bankın rəsmi sədri bildirir. – Biz onu özümüz qeydə aldıq və bu barədə tənzimləyici orqanlara məlumat verdik. Gələcəkdə belə halların qarşısını almaq üçün müvafiq tədbirlər görüləcək”.