10 C
Baku
Friday, December 13, 2024

“Deutsche Bank” və “Credit Suisse” bankları “Stoxx Europe 50” indeksindən çıxarılıb

Avropanın əsas fond birjası indekslərindən olan “Stoxx Europe 50” uzun müddətdir artım göstərə bilmir. Buna səbəb kimi indeksin tərkibində yer alan Avropanın iki ən böyük bankında maliyyə problemlərinin davam etməsi nəticəsində onların səhmlərinin ucuzlaşması göstərilib.  “Vestifinance.ru” ın verdiyi xəbərə görə, adı çəkilən indeksdə hər iki bankın payının yüksək olması səbəbindən indeksin qiyməti uzun müddətdir təzyiq altındadır və yüksələ bilmir. Xatırladaq ki, hazırda “Deutsche Bank” qlobal maliyyə sisteminin sabitliyini təhdid edən ən önəmli amil kimi göstərilir.

Dünən, avqustun 1-də Almaniya fond birjası “Deutsche Burse”dəki indekslərin operatoru olan “STOXX Ltd.” şirkəti öz indeksində dəyişiklik etdiyini açıqlayıb. Dəyişiklik 8 avqust 2016-cı il tarixindən qüvvəyə minir və adı çəkilən bankları siyahıdan xaric edib, əvəzində Fransanın “Vinci” inşaat şirkəti və Hollandiyanın ASML texnologiya şirkətini əlavə edib.

Xatırladaq ki, “Stoxx 50” indeksi 1998-ci ildən hesablanır və özündə Avropanın 12 ölkəsinin aparıcı 50 şirkətini cəmləşdirir. İndeks ETF, fyuçers, opsiion kimi investisiya məhsullarının geniş spektrında lisenziyalaşdırılıb.

Report

Son xəbərlər
Digər xəbərlər