“Deutsche Bank” yaxın illərdə dolların aşağı düşməsi ilə bağlı xəbərdarlıq edir ki, bu da ABŞ valyutasının avroya nisbətdə son on ilin ən aşağı səviyyəsinə enməsinə gətirib çıxaracaq. Bankın strateqləri iddia edirlər ki, ABŞ tariflərinin mənfi təsiri investorları ABŞ aktivlərini satmağa məcbur edəcək, bu isə dolların ucuzlaşmasına gətirib çıxaracaq.
Xatırladaq ki, bu həftənin əvvəlində ABŞ siyasəti ilə bağlı artan qeyri-müəyyənlik fonunda dollar son 16 ayın ən aşağı səviyyəsinə düşüb, bu da onu dünyanın ehtiyat valyutası statusu ilə bağlı yeni suallar doğurur.
“Bloomberg” agentliyinin hesablamalarına görə, dollar indeksi bu ay təxminən 4% ucuzlaşıb. Bank avronun məzənnəsinin 2027-ci ilin sonuna kimi 1,30 dollara qədər yüksələcəyini proqnozlaşdırır ki, bu da sonuncu dəfə 2014-cü ildə müşahidə olunan səviyyədir.
Yenaya gəlincə, “Deutsche Bank” onun 115 dollara yüksələcəyini gözləyir. Bu, 2022-ci ildən bəri ən yüksək göstərici olacaq.
Donald Trampın ticarət siyasəti xarici investorların ABŞ kəsirinin maliyyələşdirilməsi üçün iştahını azaldır. Bu, ABŞ aktivlərinə investisiyanın tədricən azalmasına gətirib çıxarır və digər ölkələri daxili artımı və istehlakı dəstəkləmək üçün fiskal xərcləri artırmağa sövq edir.
Bu o deməkdir ki, ABŞ-nin uzun müddətli müstəsnalığı “artıq dağılmağa başlayıb”. Bazar dollardan uzaqlaşmağa davam etdikcə, “həddindən artıq qeyri-müəyyənlik və sürətlə dəyişən siyasi normalar bazarın dislokasiyası” riskini yüksək saxlayacaq.
“Deutsche”nin fikri “Goldman Sachs”ın qlobal valyuta siyasətinin rəhbəri Kamakşya Trivedi ilə üst-üstə düşür. Belə ki, o da dolların zəifləmə tendensiyasının davam edəcəyinə inanır.