“Deutsche Bank” davam edən restrukturlaşması və başqa banklarla rəqabətin artdığı bir vaxtda maliyyə zərərini açıqlayıb.
”Kommersant” xəbər verir ki, bu günkü açıqlamaya əsasən 2019-cu ildə aktivlərin yenidən qiymətləndirilməsi, məsrəflərin təkmilləşdirilməsi işləri nəticəsində bankın xalis zərəri 5,3 milyard avro olub, halbuki ekspertlərin proqnozlarında 4,9 milyardlıq rəqəm göstərilirdi. Həmçinin ötən il “Commerzbank”la birləşmənin baş tutmaması da mənfi amil olaraq dəyərləndirilir.
Qeyd edək ki, restrukturlaşma çərçivəsində “DeutscheBank” gəlir mənbələrini də şaxələndirərək əvvəllər öncül istiqamət olan sərmayəçilikdən korporativ və fərdi müştərilərə doğru dönüş edir.
Hərçənd dünya və Avropa iqtisadiyyatında artımın yavaşlaması, Avropa İttifaqının aşağı faiz dərəcələri siyasətinin davam etməsi üzündən bu məsələdə çətinliklər yaranır. Belə ki, ötən ilin dördüncü rübündə ekspertlərin gözlədikləri 1 milyard avroya (“Reuters”) qarşı 1,6 milyard avroluq zərər ortaya çıxıb.
©Report