9 C
Baku
Wednesday, December 11, 2024

Devalvasiyadan sonra bank sektorunda hansı menecerlər işdən çıxdı,hansına iş verildi?

Qara şənbə günü kimi adlanan 21 fevral tarixində ölkədə manatın məzənnəsində baş vermiş dəyişiklikdən təxminən 6 ay keçib. Bu müddət ərzində baş vermiş devalvasiyadan sonra hələ də özünə gələ bilməyən banklar kifayət qədərdir. Bu aylar ərzində bir çox bank rəhbərlərində dəyişiklik olundu. Demək olar ki, mətbuatda hər gün bu haqda xəbərlərin şahidi oluruq.  Ölkədə bəzi bank rəhbərləri istefa verdi, bəziləri vəzifələrindən azad olundu, bəziləri isə digər bir vəzifəyə təyin olundu. 

Banker.az saytı olaraq 6 ay ərzində bank sistemində baş vermiş kard dəyişikliyi haqqında məlumat verəcəyik.

22 Fevral – (tarix dəqiq açıqlanmır) Devalvasiyanın səhəri günü Bank Technique -in rəhbərliyində dəyişiklik olundu. İdarə Heyətinin sədri Ülvi Mansurov səhmdarların qərarı ilə tutduğu vəzifədən azad olunub. Ü. Mansurovun tutduğu vəzifədən uzaqlaşdırılmasının səbəbi açıqlanmadı. Bir müddət sonra o daha Beynəlxalq Banka sədr müavini təyin edildi.

18 Mart Azərbaycan Beynəlxalq Bankının (ABB) Idarə Heyətinin sədri Cahangir Hacıyevin istefa verdi. ABB-nin məlumatına görə, Cahangir Hacıyev səhhətilə əlaqədar istefa verib.

9 Aprel Bank of Azerbaijanda Müşahidə Şurasının sədri işini icra edən  Mehman İsmayılov Bank Technique-ə qayıdıb. Hafiz Məmmədov yenidən Bank of Azerbaijan-ın Müşahidə Şurasının sədri seçilib. Məlumata görə, indiyə qədər bu vəzifəni tutan Mehman İsmayılov yenidən Bank Technique-in Audit Komitəsinin sədri vəzifəsinə qayıdıb.

9 Aprel – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edildi.

28 AprelAprelin əvvəlindən Unibankda icraçı direktorun səlahiyyətlərini yerinə yetirən Xalid Əhədov bu vəzifəyə təsdiq edilib. Bu vəzifə keçmiş icraçı direktor Cəlal Qasımovun iş yerini dəyişməsi ilə əlaqədar vakant qalmışdı. Xatırladaq ki, “Unibank”ın icraçı direktoru Cəlal Qasımov isə Paşa Bankın İdarə Heyətinin sədri təyin edilib.

1 May – Azərbaycan Sənaye Bankının İdarə Heyətinin sədri Hüseyin Özmen istefa verdi.

4 MayBank BTB-nin İdarə Heyəti Sədrinin Azərbaycan Kredit Bankı-na Müşahidə Şurasının sədri təyin olunmasından sonra, Bank BTB-nin daha bir əməkdaşı Azərbaycan Kredit Bankı-na keçib. Məlumata əsasən, Problemli Kreditlər üzrə Departamentinin direktoru Cavid Eldar oğlu Zeynalov cari ayın 1-dən etibarən Azərbaycan Kredit Bankının İdarə Heyəti Sədrinin 1-ci müavini vəzifəsinə təyin olunub.

22 MayAtabank-da iki kadr dəyişikliyi edildi. Belə ki, Bətulə Əhədova və Rauf Hüseynov bankın idarə heyətinin üzvü vəzifəsinə təyin olundu.

27 MayKapital Bankın Müşahidə Şurasının sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verdi. Onun yerinə bir qədər əvvəl holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımov seçilib.

3 İyun  – Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri vəzifəsinə təyinat olub. Bu vəzifəyə Avni Demirci gətirilib.  Qeyd edək ki, A. Demirci bundan öncə “Ziraat Bank (Moskva)” QSC-nin Müşahidə Şurasının üzvü, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

3 İyul – PAŞA Bank ASC-nin Müşahidə Şurasına yeni sədr seçildi və bu vəzifəyə Mir Camal Paşayev təyin olunub.

18 iyul -“NBC Bank” ASC-də kadr dəyişikliyi baş verdi. Fuad Quliyev İdarə Heyətinin üzvü vəzifəsindən kənarlaşdırılıb.

20 İyulNikoyl Bank -da kadr dəyişikliyi baş verib. Valentina Koriçina bankın Müşahidə Şurasından çıxarılıb. Müşahidə Şurasının yeni üzvü Sergey Mitirev olub. O, eyni zamanda, “Uralsib” maliyyə korporasiyasının baş direktorunun müşaviridir.

20 İyulPAŞA Bank ASC daxili komitələrinin formalaşdırılması prosesini başa çatdırdı. Belə ki, Müşahidə Şurasının qərarı ilə bankın İdarə Heyətinin sədri vəzifəsinə Taleh Kazımov təyin edilib. İdarə Heyətinin sədr müavini vəzifəsi Emil Hacıyevə həvalə olunub.

21 İyul – Kredaqro bank olmayan kredit təşkilatında (BOKT) kadr dəyişikliyi baş verib. BOKT-un Müşahidə Şurasından Nadia Namken və Ludolf Rişmüller uzaqlaşdırıl. Onların əvəzinə isə Şuraya Yuri Şulqan (Yuriy Shulhan) və Mazen Favzi (Mazen Fawzy) gətirildi.

22 İyul – Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini və baş maliyyə direktoru Rəşad Tofiq oğlu Hacıyev vəzifəsindən istefa verdi.

23 İyulGünay Bank ASC-də ciddi kadr dəyişiklikləri baş verib. Müşahidə Şurasından və İdarə Heyətindən 2 nəfər uzaqlaşdırılıb, İdarə Heyətinin üzvlərinin sayı artırılıb. Xanım Məmmədova bankın Müşahidə Şurasından uzaqlaşdırılıb. Onun yerinə İlham Əmiraslanov gətirilib.

28 İyul –  Beynəlxalq bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev istefa verdi. O, yeni rəhbərliklə heç bir problem yaşamadığını və istefa ərizəsini könüllü yazdığını deyib. R Ağayev bildirib ki, “Tutduğum vəzifədən öz istəyimlə istefa vermişəm. İxtisasım jurnalistika olduğu üçün fəaliyyətimi bu istiqamətdə davam etdirəcəm”.  Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri jurnalist Rauf Ağayevin yerinə jurnalist Yadigar Cəfərli keçib.

1 Avqust – EmbaFinans –ın İdarə Heyətinin sədri İlqar Tağıyev tutduğu vəzifədən istefa verdi. Avqustun 1-dən BOKT-un İdarə Heyətinin sədri vəzifəsini Samir İsgəndərov icra edəcək. İdarə Heyətinin sədri vəzifəsini tərk etməsinin başlıca səbəbi EmbaFinans-da bəzi layihələrin istədiyi kimi irəliləməməsi və bu ərəfədə yeni iş təkliflərinin olmasıdır.

5 AvqustAzericard -ın baş direktoru Anar Sultanov vəzifəsindən azad edilib. Məlumata görə, qurumun yeni rəhbəri Ceyhun Rəhimov təyin edilib.

5 AvqustAzər-Türk Bank” ASC-nin rəhbərliyində baş verən dəyişiklik nəticəsində Afiq Xudayev bankın İdarə Heyətinin üzvü təyin edilib. Bankdan verilən məlumata əsasən, müvafiq qərar “Azər-Türk Bank”ın İdarə Heyətinin sədr müavini Fərhad Adıgözəlov müvəqqəti İdarə Heyəti sədr vəzifəsinə təyin edildikdən sonra qəbul edilib. Dünən isə Fərhad Adıgözəlov Azər-Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olunub.

12 Avqust –  AG Bankın İdarə Heyətinin sədr müavini olan Fərid Fuad oğlu Quliyev istefa verdi. O, fəaliyyətini digər müəssisədə davam etdirmək qərarına görə bu addımı atıb.

19 AvqustYapıKredi Bankın idarə heyətinin sədri Cenk Yuksel təyin edilmişdir. Qeyd edək ki, indiyə qədər banka sədrliyi Altan Şentürk həyata keçirirdi.

24 avqust –  Bank Technique –in bankın baş direktoru, biznesin inkişafı departamentinin direktoru Kamran Alik oğlu Axundov istefa verdi.  Qeyd edək ki, K. Axundov 2012-ci ilin iyun ayından “Bank Technique” ASC-də çalışıb.

26 Avqust Bank Technique -in “Mərkəz” filialının direktoru Məmmədov Əhməd Məmməd oğlu istefa verdi.  Məlumata görə, Ə. Məmmədov  öz xahişi ilə vəzifəsindən uzaqlaşıb. Daha sonra Ə. Məmmədov  “Azər-Türk Bank” ASC-yə təyinat alıb. Ə. Məmmədov bankın “Mərkəz” filialının direktoru təyin edilib.

Son xəbərlər
Digər xəbərlər