Devalvasiyadan sonra MKR (Müzakirə)

6

Hər bir bank işçisi bilir ki , MKR son dövrlər müştəri qiymətləndirilməsində ən vacib alətlərdən biridir. Bu alət vasitəsi ilə müştərinin nə dərəcədə riskli olmasını onun keçmiş kredit tarixçəsindən görmək mümkündür.

Lakin, sön dövrdə devalvasiyanın banklar üçün yaratdığı çətinlik bu sistemdən də yan keçməmişdir. Bir çox müştərilər məhz Mərkəzi Bankın qərarını, sonradan Konstitusiya məhkəməsinin qərarını gözlədiyi müddətdə ödənişlərini köhnə kursa uyğun ödəyirdilər. Bu da öz növbəsində, çoxlu sayda müştərinin adında gecikmənin yaranmasına gətirib çıxarmışdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az olaraq, saytımızın oxucularına, mütəxəssislərə bu sistemdən gələcəkdə istifadə barədə fikirləri ilə bölüşməsini istərdik.

Düşünürük indiki dövrdə təcrübə bölgüsünə ehtiyac vardır.

Buyurun,müzakirə açıqdır!

6 ŞƏRHLƏR

  1. Fikrimcə devalvasiyadan sonrakı bir neçə ayda olan valyuta kreditləri gecikmələri üçün MKR-dəki hesabata yumuşaq davranmaq olar. Amma gecikməsi olmayanlar daha çox etibarlıdır, daha məsuliyyətlidir. Vəziyyətin hansı yerdə olmasına baxmayaraq kreditləri vaxtı vaxtında ödəyirlər. Çünki belə situasiyaların bir daha təkrarlanmayacağına heç kim zəmanət verə bilməz

  2. Maraqlı nüanslardan biri, müştərinin devalvasiya zamanı banka problem yaratması , onun növbəti dəfə kredit götürməsində mənfi bir hal kimi qəbul edilə bilərmi?

    Burada ola bilərki, onun doğrudanda imkanı olmayıb və ya problemi qəsdən yaradıb.
    2-ci variant yəqinki nəzərə alınmalıdır.

    Bunu sübut etməkdə kredit işçisi üçün çətin olmaz – çünki kredit üçün müraciət etmiş şəxsin maliyyə göstəriciləri artıq kredit işçisində olacaq.

  3. Bundan sonra MKR keyfiyyət məsələsi sual altında olacaq Mənim fikrimcə. Ən azından gərək 2-3 aylıq müddəti silib atasan. Əlavə olaraq KM qərarından sonrada ödəniş etməyənlər olacaq ki, onarın tarixcəsi korlanmaqda davam edəcək.
    Hazırda məncə aktual məsələ devalvasiyaya qədər olan tarixcədir.

  4. Fikrimcə bu prosesdən banklar həm müşdəri kütləsi toplaya, həm də gələcəkdə sağlam müşdəri bazası yarada bilərlər..Belə ki, krediti oldugu halda devalvasiyaya və.s bu kimi səbəblərə baxmayaraq heç bir gecikməsi olmayan müşdərilərə güzəştli faizlərlə (risk dərəcəsinin aşağı olmasını nəzərə alaraq) kredit təklif etməklə (yeni kredit məhsulu yaradaraq) sağlam kredit portfeli yarada bilərlər..Devalvasiyanın səbəb olduğu gecikmələr isə müəyyən proseslər nəzərə alınaraq üzürlü hesab edilə bilər.

  5. Beli devalvasiya zamani banka problem yaratmasi menfi haldir ona goreki bank o pullari oxune ya emanet yadaki xarici banklardan faiznen alinan kapital esasinda veririb.umumiyetle dollarnan kredit alinan zaman maasi manatnan alan adam ucun riskdiki hansiki devalivasiya zamani manatnan borcu cox odeyeceq.onsuzda bu banknan mushyeri arasindaki muqavilede eks olunub ve butun dunyada beledi.
    2ci varyantta isede mushteri ozune cavabdehdir ona gore gorurseki pulu odeyebilmir banka yaxinlashib kredit muddetinin vaxtini artdirmalidir.