İngilis rəssam, qrafik və fotoqraf Devid Hokninin “Rəssamın portreti (iki fiqurlar ilə hovuz)” rəsmi “Christie’s” hərrac evinin təşkil etdiyi hərracda 90,3 milyon dollara satılıb.
Banker.az bildirir ki, bu barədə “Christie’s” hərrac evinin “Twitter” səhifəsində deyilir.
Bu, hazırda həyatda olan rəssamın əsərləri üçün rekord qiymətdir.
Bundan əvvəlki rekord 2013-cü ildə “Christie’s” hərrac evində satılan Ceff Kunsun “Hava şarlarından it” heykəltaraşlıq əsərinə məxsus olub. C.Kunsun əsəri 58,4 milyon dollara satılmışdı.
Trend