Ötən il Dövlət Gömrük Komitəsi (DGK) qanunvericiliyin tələblərini pozaraq, Azərbaycanın gömrük sərhədindən 227.9 min ABŞ dolları məbləğində vəsaitin keçirilməsinin qarşısını alıb.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Bundan başqa, gömrük əməkdaşları 7.8 min avro, 7.6 milyon rus rublu, 2.303 milyon manat dəyərində 7.7 min ədəd qızıl zinət əşyaları, 1 504 qram qızıl, 251.8 min manat dəyərində 5 899 ədəd gümüs zinət əşyaları və 59.5 min qram gümüs kütlələr (külçə), 59.9 min manat dəyərində 37.7 karat qiymətli daşlar, 97.3 min manat dəyərində 5 ədəd qızıl saat aşkar edib.