Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 978 496,6 mln. manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 809 846,89 min manat yaxud 37,34% çoxdur.
Banker.az bildirir ki, bu barədə DGK məlumat yayıb.
Bu ilin 10 ayında gömrük rüsumları üzrə daxilolmalar 183 161,96 min manat və yaxud 32,04 artaraq 754 738,4 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 545 657,26 min manat və yaxud 36,43% artaraq 2 043 404,50 min manat, aksizlər üzrə daxilolmalar 77 935,0 min manat və yaxud 2,11 dəfə artaraq 148 294,00 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə 3 092,67 min manat və axud 10,68% azalaraq 32 059,9 min manat olub.