2 C
Baku
Saturday, December 14, 2024

DGK sədri “ikili invoys”la işləyən sahibkarlara xəbərdarlıq edib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev sahibkarlara müraciət edib.

“Caspian European Club”un təşkilatçılığı keçirilən biznes forumda A. Əliyev gömrük rəsmiləşdirilməsində qanun pozuntusuna yol verən sahibkarlara xəbərdarlıq ünvanlayıb: “Mən iş adamlarının və mətbuat nümayəndələrinin burada olmasından istifadə edərək “ikili invoys”la işləyən sahibkarları bu cəhdlərindən əl çəkmələrinə çağırıram. Biz istəməzdik ki, iş adamları əziyyət çəksinlər. Lakin bu o demək deyil ki, artıq rəsmiləşdirilməsi bitmiş mallar üzərində biz öz tədqiqatımızı davam etdirməyəcəyik. Biz əməkdaşlıq etdiyimiz digər ölkələrin gömrük orqanları ilə qiymətlərin müəyyən edilməsi ilə bağlı da addımlar atırıq və sonra da əldə edilmiş rəsmi məlumatlara əsasən həmin idxalçıların büdcə ödəmələrini tam şəkildə həyata keçirməsinə nail oluruq”.

APA

Son xəbərlər
Digər xəbərlər