Difference between revisions of "Kredit"

From ..::Banker.az::..
Jump to: navigation, search
(Created page with "'''Kredit''' - /latınca creditum - o, inanır, o borc verir/ faiz ödəmək şərtilə pul və ya əmtəə formasında verilən borcdur. Kreditin hərəkəti zamanı kreditorl...")
(No difference)

Revision as of 15:33, 21 November 2011

Kredit - /latınca creditum - o, inanır, o borc verir/ faiz ödəmək şərtilə pul və ya əmtəə formasında verilən borcdur. Kreditin hərəkəti zamanı kreditorla borc alan arasında müəyyən iqtisadi münasibətlər baş verir. Kreditin iki növünü: qısamüddətli və uzunmüddətli növlərini fərqləndirirlər. Kreditin dövlət, kommersiya, veksel, istehlak, ipoteka, kommunal, kənd təsərrüfatı və beynəlxalq formaları vardır. Müasir dünyada kredit borc kapitalının hərəkətinin bir forması və biznesin inkişaf stimuludur. Bazar iqtisadiyyatında bütün təsərrüfat fəaliyyəti kredit sistemi üzərində qurulur.


Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə web səhifəsi: www.elshanhajizadeh.com