Elşən Hacızadə

From ..::Banker.az::..
Jump to: navigation, search

Hacızadə Elşən Mahmud oğlu İqtisad elmləri doktoru. Professor. 1961-ci il avqustun 9-da Azərbaycan Respublikasının Siyəzən şəhərində anadan olmuşdur Təhsil

1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmiş, iqtisadçı-mühasib ixtisası almışdır.


Əmək fəaliyyəti

1982-1997-ci illərdə Azərbaycanın Yanacaq Enerji Kompleksində (ARDNŞ-in H.Z.Tağıyev adına Neftqazçıxarma Idarəsində, Quruda Neftqazçıxarma İstehsalat Birliyi, «Azəriqaz» QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif vəzifələrdə işləmişdir.

1997-2006-cı ilərdə Elm və Təhsil sahəsində təyinatlı və seçkili olan (Azərbaycan İqtisadçılar İttifaqı - ekspert, AMEA-nın İqtisadiyyat İnstitutu - «Struktur dəyişikləri sektoru»nun müdiri, Azərbaycan Dövlət İqtisad Universiteti - «Sosial-İqtisadi Elmi-Tədqiqat» laboratoriyasının müdiri, «Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzi»nin direktoru, «Magistr Hazırlığı Mərkəzi»nin direkitor müavini) müxtəlif vəzifələrdə işləmişdir. «Azərbaycanın vergi jurnalı»nın baş redaktoru.


Elmi dərəcə

1998-ci ildə «Quruda neftqazçıxarma sənayesində iqtisadi islahatlar və onların təkmilləşdirilməsi problemləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır [İxtisas: 08.00.05-Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmsının təşkili (sənaye)]. 2005-ci ildə «Azərbaycanın quru ərazilərində neft və qaz hasilatının artırılması problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır [İxtisas: 08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi)].


Elmi və pedaqoji fəaliyyət

164 elmi əsər (215,3 ç.v.), o cümlədən, 9 monoqrafiya, 2 tədris proqramı, 6 metodik vəsait, 20-yədək müxtəlif ictimai məzmunlu məqalələrin müəllifidir. Xarici dövlətlərdə keçirilən beynəlxalq konfranslarda 20-dən çox elmi məqalələrlə çıxış etmiş və əsərləri müvafiq olaraq bir sıra ölkələrin elmi nəşrlərində çap olunmuşdur. «Təfəkkür» Universitetində müəllim, Azərbaycan Dövlət İqtisad Universitetinin «Beynəlxalq İqtisadi Münasibətlər» kafedrasının professoru.


Elmi fəaliyyətinin əsas istiqaməti

Yanacaq Enerji Kompleksinin iqtisadiyyatı və idarə edilməsi problemləri.


Elmi ixtisaslaşma üzrə əsas tədqiqatlar

Neft sektoru - Azərbaycan və qlobal neft-qaz sənayesinin inkişaf mərhələləri və idarə edilməsi (konsessiya, françayzinq, sosial proseslər, inteqrir idarəetmə sistemləri, marketinq), biznes və sahibkarlıq, investisiya, vençur kapitalı, innovasiya, müştərək müəssisələr, maliyyə, vergi, renta münasibətləri, lizinq, autsorsinq, sessiya və faktorinq, audit (xarici, daxili, texnoloji, təbii resurslar, effektivlik auditi), qiymət, neftin keyfiyyət bankı, istehsal xərcləri, amortizasiya, mühasibat uçotu, ekologiya (ətraf mühit, davamlı inkişaf, ekoloji iqtisadiyyat), məşğulluq, iqtisadi islahatlar və səmərəlilik, yeni bazar mexanizmlərinin formalaşması, quruda neftqazçıxarma kompleksində dayanıqlı inkişafın təminatı, optimal hasilat tempinin və istismar müddətinin müəyyən edilməsi, milli neft strategiyasının imperativləri, qlobal neft sivilizasiyasının Azərbaycan prioritetləri, neft və qazın logistikası, nəqli: Bakı-Ceyhan neft kəmərinin rentabelliyinin faktorial təhlili, Azərbaycanın təbii qaz potensialından səmərəli istifadə perspektivləri (Köhnə yataqlar, Sahdəniz, Bakı-Tibilisi-Ərzurum və Nabukko layihələri). Ümumi iqtisadi məsələlər - İslam iqtisadiyyatı, struktur islahatlarının tənzimlənməsinin nəzəri-metodoloji mexanizmləri, istehsal infrastrukturu və kiçik biznes, nanoiqtisadiyyat, onşor və offşor, turizm biznesi, qlokalizasiya, qloballaşma və regionlaşma, Böyük İpək Yolu, Cənub-Şimal nəqliyyat dəhlizi və sosial-iqtisadi yüksəlişin stimullaşdırılması, üçüncü sektorun inkişaf problemləri, sosial təminatlar sisteminin təkmilləşdirilməsi, investisiya layihələrinin təhlilində sistemli və situasiyalı yanaşma prinsipləri, reğional sahibkarlığın inkişaf perspektivləri. Təhsilin inkişafı problemləri - Boloniya prosesi, mağistr hazırlığı, iqtisadi təhlil, mühasibat üçotu və auditin tədrisi, magistr dissertasiyasının hazırlanması, magistrantın elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsinin təşkili, referatların işlənməsi və təqdimatı.


Yeni konseptual əsaslandırmalar

Sosiallaşan iqtisadiyyat konsepsiyası (sosiallaşan iqtisadiyyat - yeni iqtisadi anlayış), milli regional inkişaf strategiyası (regional sahibkarliq, avtonom fəaliyyət, Azad İqtisadi Zonalar, texnoparklar, biznes inkubatorları), Xəzər hövzəsi regionunda və türkdilli ərazilərdə energetik potensialın qiymətləndirilməsi, Yanaсaq Enerji Kompleksinin modernizasiya problemləri, enerji kompleksində islahatlar, Azərbaycan neft industriyasının inkişafinda oliqopoliya modeli, milli enerji strategiyası və onun formalaşması aspektləri, enerji təhlükəsizliyin davamlı təminatında karbohidrogen resurslarının nüvə potensilaına çevrilməsi alternativliyi, Хəzər-Fars dəhlizi - geoiqtisadi rakurs (Xəzərdən Fars körfəzinə su kanalının çəkilişinin iqtisadi təyinatları və effektivliyi), Yaxın Şərq energetikasında təhlükəsizlik kondominiumu və yeni maliyyə arxitekturası.