Mənfəət

From ..::Banker.az::..
Revision as of 22:44, 30 January 2012 by Yeganem (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Mənfəət - müəssisənin ən mühüm sərvəti, əlavə və ehtiyat enerji qaynağı kimi bazar münasibətləri şəraitində iqtisadi səmərəni, maliyyə resurslarının, müxtəlif təyinatlı fondların fundamental əsasını təşkil edir. Gəlirlərdən xərclər çıxıldıqda mənfəət yaranır. Bazar iqtisadiyyatı şəraitində mənfəətin əldə edilməsi istehsalın bilavasitə məqsəd və məramında ifadə olunaraq onun sonrakı davamlı fəaliyyətinin qarantı, rəqabət və riski mülayimləşdirən faktor kimi çıxış edir. Fəaliyyət nəticəliyindən asılı olaraq mənfəət əsas və ondan kənar reallaşmadan əldə edilən və sair daxilolmalar, cərimələr, müamilələr, valyuta məzənnəsi kimi, kateqoriyalara bölünür. Bununla belə, mənfəətin əldə edilməsi başlıca şərt olsa da, onun təminat perspektivi həmişə müsbət nəticəli olmur. Maya dəyəri ölçüləri daxilolmaları üstələdikdə, maliyyə nəticəliyi mənfəətin əksinə olaraq zərərlə bitir. Məhz buna görə də, planlaşdırma pozitiv istiqamətlə yanaşı neqativ amilləri də nəzərə almalıdır.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com



Mənfəət - ümumi gəlirlə ümumi xərc arasındakı fərq.



Mənbə: Vergilər Nazirliyi