Kredit
Kredit - /latınca creditum - o, inanır, o borc verir/ faiz ödəmək şərtilə pul və ya əmtəə formasında verilən borcdur. Kreditin hərəkəti zamanı kreditorla borc alan arasında müəyyən iqtisadi münasibətlər baş verir. Kreditin iki növünü: qısamüddətli və uzunmüddətli növlərini fərqləndirirlər. Kreditin dövlət, kommersiya, veksel, istehlak, ipoteka, kommunal, kənd təsərrüfatı və beynəlxalq formaları vardır. Müasir dünyada kredit borc kapitalının hərəkətinin bir forması və biznesin inkişaf stimuludur. Bazar iqtisadiyyatında bütün təsərrüfat fəaliyyəti kredit sistemi üzərində qurulur.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com
Kredit - Bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız borc verilən pul vəsaitidir.