Qiymət
From ..::Banker.az::..
Revision as of 15:49, 21 November 2011 by 109.237.127.70 (talk) (Created page with "'''Qiymət''' - əmtəənin dəyərinin pulla ifadəsidir. Əmtəənin dəyərini pulla ifadə etmək üçün nağd pulun olması heç də zəruri deyildir, yəni dəyərin pulla...")
Qiymət - əmtəənin dəyərinin pulla ifadəsidir. Əmtəənin dəyərini pulla ifadə etmək üçün nağd pulun olması heç də zəruri deyildir, yəni dəyərin pulla ifadə edilməsi ideal xarakter daşıyır. Əmtəənin dəyərinin pulla ifadə olunması nəinki keyfiyyət, eyni zamanda kəmiyyət müəyyənliyinə də malikdir. Mövcud əmtəələrin miqdarı müəyyən miqdarda qızıl kəmiyyətinə bərabər olmalıdır. Əmtəələrin və qızılın kəmiyyət ölçüsü pulun texniki funksiyası olan qiymətlər miqyası ilə əlaqədardır. Dəyərin azalması ilə, bir qayda olaraq, malın qiyməti də azalır, onun artması ilə isə artır.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com