Borc

From ..::Banker.az::..
Revision as of 15:51, 19 November 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Borc''' - müəyyən edilmiş müddətdə ödənilməli olan maliyyə və kreditor borclarından ibarət olur, yəni müvafiq olaraq təşkilatın hesabına daxil olmalı vəs...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Borc - müəyyən edilmiş müddətdə ödənilməli olan maliyyə və kreditor borclarından ibarət olur, yəni müvafiq olaraq təşkilatın hesabına daxil olmalı vəsait və kreditor qarşısında maliyyə öhdəliyi.


Borc – fiziki yaxud hüquqi şəxslərlə əvvəlcədən bağlanmış müqaviləyə uyğun olaraq bir fiziki və ya hüquqi şəxsin digər fiziki və ya hüquqi şəxsə verdiyi pul və ya digər aktivlərin müəyyən məbləğidir. Borc tərəfdaşa kommersiya krediti və ya istiqraz (borc) verilməsi yaxud tədiyyənin uzadılması nəticəsində yarana bilər. Borc bir qayda olaraq borcun mövcudluğunu təsdiq edən və göstərilmiş müddətdə yaxud kreditorun tələbi ilə ödənilməli olan köçürmə veksellərinin, istiqrazların və digər qiymətli kağızların (borc öhdəliklərinin) köməyilə tərtib olunur. Qiymətli kağızların törəmə bazarına müraciət edən borc öhdəlikləri formasında borcun tərtib olunması sekyuritizasiya adlanır. Əgər borc bir ildən tez olmayaraq ödənilərsə, onda o, uzun müddətli sayılır. Əgər borcunun tədiyyə qabiliyyətsizliyi (yəni ödəmə qabiliyyətsizliyi) üzündən onun ödənilməsi mümkün deyilsə, onda borc ümudsiz sayılır.



Borc - geri qaytarılmaq şərti ilə müəyyən müddət üzrə götürülmüş pul məbləği. Borc götürən şəxs borclu adlanır.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com