Deflyator

From ..::Banker.az::..
Revision as of 15:59, 19 November 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Deflyator''' – əvvəlki dövrün qiymət səviyyəsinə gətirilməsi məqsədilə pul təcəssümündə hesablanan iqtisadi göstəricilərin yenidən hesablanması üçü...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Deflyator – əvvəlki dövrün qiymət səviyyəsinə gətirilməsi məqsədilə pul təcəssümündə hesablanan iqtisadi göstəricilərin yenidən hesablanması üçün istifadə olunan əmsaldır; müqayisəli qiymətlərə qarşı ümumi daxili məhsulun komponentlərinin yenidən hesablanması və qiymət dinamikasının ümumiləşdirilmiş göstəricilərinin xarakteristikası üçün tətbiq edilən əmsalların məcmusudur. Deflyator indeksləri – inflyasiya miqyaslarını qiymətləndirən tam həcmli göstəricidir. Deflyator faktiki qiymətlərlə təhlil edilən göstəricilərin kəmiyyətinin onun daimi qiymətlərlə kəmiyyətinə aid edilməsi yolu ilə hesablanır. Makrosəviyyədə aqreqatlaşmış göstəricinin əldə edilməsi üçün göstəricinin komponentləri müqayisəli qiymətlərlə yenidən hesablanır. Yenidən qiymətləndirmə metodları:

a) məhsulun bilavasitə qiymətləndirilməsi, bu zaman hesabat dövrünün ayrı-ayrı məhsulları bazis dövrünün qiymətləri ilə qiymətləndirilir. Kənd təsərrüfatı məhsulunun istehsalı və istifadəsinin qiymətləndirilməsi üçün istifadə edilir;

b) qiymətlərin indeksinin deflyatorlanması, bu zaman uyğun göstəricilərin dəyər həcmləri haqqında məlumatlar və qiymət indeksləri istifadə olunur;

с) fiziki həcmin indeksləri vasitəsilə ekstrapolyasiya; yenidənqiymətləndirmə bazis dövrünün dəyər həcmləri və fiziki həcmin indeksi əsasında həyata keçirilir.



Deflyator - əvvəlki mərhələnin qiymətlər səviyyəsinə gətirməklə iqtisadi göstəriciləri pul ifadəsində hesablamaq üçün istifadə edilən əmsal. Deflyator miqdarca qiymət artımı indeksinə bərabərdir. Məsələn, 2001-cı ildə orta aylıq əmək haqqı 300 min manat təşkil etmişdir. 1995-2001-cı illər arası qiymətlər 1000 dəfə artmışdır. Başqa sözlə qiymət artımı indeksi 1000-ə bərabər olmuşdur. Belə halda 2001-ci ildə əmək haqqını 1995-ci ildə mövcud olmuş qiymətlə ifadə etdikdə onu 1000-ə bərabər deflyatora bölmək gərəkdir. Bu zaman 2001-ci ildə orta əmək haqqı 1995-ci illərin qiymətində ayda 300 manat təşkil edəcəkdir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com