Depozit sertifikatı

From ..::Banker.az::..
Revision as of 16:50, 19 November 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Depozit sertifikatı (deposit certification)''' – üzərində göstərilən məbləğin bank tərəfindən əmanətə qəbul edilməsini bildirən adsız qiymətli kağızd...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Depozit sertifikatı (deposit certification) – üzərində göstərilən məbləğin bank tərəfindən əmanətə qəbul edilməsini bildirən adsız qiymətli kağızdır.

Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı



Depozit sertifikatı qiymətli kağızların hüquqi şəxslər tərəfindən əldə olunan formasıdır. Bu sertifikatlar pul vəsaitlərinin bank tərəfindən depozitə qəbul edilməsini yazılı sübut edən, sahibinə müəyyən müddətdə tam məbləğdə depoziti və hesablanmış faizi almaq hüququ verir. Bu sertifikatın nominal qiyməti yüksək olur.

Depozit (əmanət) müqaviləsindən fərqli olaraq, müvafiq hüquqları təslim etməklə sertifikat bir şəxsdən digərinə keçə bilər ki, bu da onu qiymətli kağız edir. Depozit sertifikatı üzrə hüquqların təslim edilməsi haqqında razılaşmanı hər tərəfdən iki şəxs imzalayır və tsedentlə tsessionari möhürləyir.

Sertifikatlar aşağıdakı mütləq rekvizitlərə malik olmalıdır ki, bunların birinin olmaması sertifikatı yararsız edir:

  • depozit və ya əmanət sert-nın adı
  • Sertifikatın verilmə səbəbinin göstərilməsi
  • Sertifikatla təsdiqlənmiş vəsait qoyuluşunun məbləği(rəqəm və yazı ilə)
  • bankın əmanət qoyulmuş vəsaiti kreditora mütləq qaytarılması haqda şərtsiz öhdəliyi
  • depozitin və ya əmanətin qoyulduğu tarix
  • Sertifikat üzrə əmanətçinin məbləği tələb etdiyi tarix
  • depozitin və ya əmanətdən istifadə edildiyi üçün (faizlə) gəlir dərəcəsi
  • nəzərdə tutulan gəlir dərəcəsinin pul vahidi ilə göstərilməsi
  • depozit Sertifikatı üçün emitent-bankın adı və ünvanı,əmanət bankı üçün yatırımçının ünvanı
  • 2 nəfər bank müvəkkillərinin imzası
  • bankın möhürü.



Depozit sertifikatı - pul vəsaitlərinin banklarda depozit olaraq yerləşdirilməsini şaəhadətləndirən sənəd. Fərqləndirilir: а) tələb olunmaya qədər (bankdan pulun istənilən vaxt çıxarılması mümkün olan) depozit sertifikatı; б) təcili depozit sertifikatı (pulun təyin edilən bir müddət ərzində bankdan çıxarılması mümkün olan).



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com