Dollarlaşma
From ..::Banker.az::..
Dollarlaşma - daxili pul dövriyyəsində dollardan geniş istifadə etmə.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com
Dollarlaşma - Milli valyutaya paralel olaraq sərbəst dönərli valyutanın daxili pul tədavülündə yer almasdır. Dollarlaşma səviyyəsini ölçmək üçün müxtəlif göstəricilərdən istifadə edilir. Belə göstəriciyə misal olaraq xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisini göstərmək olar. Bu göstərici pulun yığım funksiyasının dollarlaşma səviyyəsini ölçməyə imkan verir. Dollarlaşma əvəzinə bəzi hallarda valyuta əvəzləməsi terminindən də istifadə edilir.