Holland sindromu

From ..::Banker.az::..
Revision as of 13:12, 21 November 2011 by 109.237.127.70 (talk) (Created page with "'''Holland sindromu''' - Xekşer-Olinin nəzəriyyəsinə əsaslanan iqtisadi fenomen. Praktik müstəvidə böyük neft hasilatçısı olan bir sıra ölkələrdə, daha qabarit...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Holland sindromu - Xekşer-Olinin nəzəriyyəsinə əsaslanan iqtisadi fenomen. Praktik müstəvidə böyük neft hasilatçısı olan bir sıra ölkələrdə, daha qabaritli formada isə Niderlandda empirik sınaqdan keçmişdir. İzafi qaz potensialını ixracata yönəltməklə büdcəni və iqtisadiyyatını bilmərəkdən müvafiq resursun inhisarına buraxan Hollandiyada gəlir artımı qeyri-ticari əmtəənin istehsal tələbinin genişlənməsinə gətirmiş, ənənəvi ixracatyönümlü emal sənayesi sahələrində isə istehsalın məhdudlaşmış və nəticə ölkədə çatışmayan əmtəələrin idxalının yüksəlişinə səbəb olaraq davamlı böhranla müşaiyət olunmuşdur. Holland sindromu gerçəkdən ayrı-ayrı zamanlarda müxtəlif səviyyədə Norveç, İngiltərə, Meksikada yaşanmışdır.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com