İqtisadi artımın qarışıq sistemi
From ..::Banker.az::..
Revision as of 13:51, 21 November 2011 by 109.237.127.70 (talk) (Created page with "'''İqtisadi artımın qarışıq sistemi''' - resursların bölgüsünün müxtəlif formalarının tətbiqinə əsaslanır. İnzibati sistemdə resursların bölgüsündə mər...")
İqtisadi artımın qarışıq sistemi - resursların bölgüsünün müxtəlif formalarının tətbiqinə əsaslanır. İnzibati sistemdə resursların bölgüsündə mərkəzi plan orqanları, bazar sistemində sahibkarlar, qarışıq sistemdə isə həm mərkəzi plan orqanları, həm də sahibkarlar iştirak edirlər. Bu sistemin spesifik xüsusiyyəti ondan ibarətdir ki, iqtisadiyyat nə özü-özünə tənzimlənir, nə də ki, mərkəzləşdirilmiş formada həyata keçirilir.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com