İqtisadiyyat elminin şəcərə düzümü

From ..::Banker.az::..
Revision as of 13:54, 21 November 2011 by 109.237.127.70 (talk) (Created page with "'''İqtisadiyyat elminin şəcərə düzümü''' - /ekonomika/ /yunanca oikonomike ev təsərrüfatının idarə olunması sənəti/ İqtisadiyyat elminin məzmun alması prosesi...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

İqtisadiyyat elminin şəcərə düzümü - /ekonomika/ /yunanca oikonomike ev təsərrüfatının idarə olunması sənəti/ İqtisadiyyat elminin məzmun alması prosesi Avropa müstəvisində orta əsrlərdən start götürür. İngilis Ulyam Petti /1623-1687/ siyasi statistikanın yaradıcısı iqtisadiyyatın Kolombu adlanır. İlkin kapital yığımının qanunauyğunluqlarını öyrənən iqtisadi təlim - italyanca sətri mənası tacir anlamını verən merkantalizm iqtisadi münasibətlərin dövlət tənzimlənməsi tərəfgirliyindən çıxış edir. Məhdudiyyətlərlə müşayiət olunan merkantalizmə Fransada daha çox riayət olunmuşdur. İqtisadi nəzəriyyənin genoloci şəcərəsi öz kökünü digər istiqamətdə Fransua Kene /1694-1774/ simasında fiziokratlar adlanan fransız iqtisadçılarının yeni iqtisadi məktəbin yaranması ilə tapır. F.Kene ilk makroiqtisadi modelin yaradıcısı kimi, fiziokratlar və merkantalistlərdən fərqli olaraq özünü iqtisadçı adlandıran ilk alim olaraq iqtisadi tədqiqatı tədavül sferasından istehsala gətirərək kapitalist istehsal sisteminin elmi təhlilinin əsasını yaratmışdır. Hər iki mərhələdən bəhrələnən şotland Adam Smit /1723-1790/ iqtisad elmində inqilab edərək, klassik siyasi iqtisadın təməlini qoymuşdur. David Rikardo /1772-1823/, Tomas Maltusun /1766-1834/ simasında şəcərə sağ və sol qollara ayrılmışdır. Rikardo təlimi sonradan həm marksist, həm də neoklassik nəzəriyyənin təməlində dayanmışdır. Maltusdan isə Kenenin nəzəriyyəsi qidalanmışdır. Bu şəcərə yenidən müasir iqtisadi nəzəriyyə sosialist iqtisadiyyatı və keçid iqtisadiyyatı əlaqəsində yaxınlıq əldə etmişdir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com