İnnovasiya

From ..::Banker.az::..
Revision as of 13:55, 21 November 2011 by 109.237.127.70 (talk) (Created page with "'''İnnovasiya''' - texnika və texnologiyanın yeni növlərini təmin edəcək bir proses kimi vəsaitlərin iqtisadiyyatda yerləşdirilməsi deməkdir. Geniş mənadə innova...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

İnnovasiya - texnika və texnologiyanın yeni növlərini təmin edəcək bir proses kimi vəsaitlərin iqtisadiyyatda yerləşdirilməsi deməkdir. Geniş mənadə innovasiya elmi-texniki, intellektual potensialı səfərbər edərək səmərəliyin və digər iqtisadi fərqlənmələrə nail olmanı əhatə edən tədbirlər sistemidir. Texnologiya istehsalı sferasında və idarəetmədə yeni yaranışları ifadə edən latın mənşəli isim kimi innovasiya /latınca innovare/ yeniləşmə mənasında interpretasiya olunur. İlk dəfə innovasiya termini Amerika iqtisadçısı Yozef Şumpeterin /1883–1950/ 1912-ci ildə yazdığı «İqtisadi inkişaf nəzəriyyəsi» əsəri ilə dövriyyəyə çıxarılmışdır. İnnavasiya anlayışını ixtira və kəşf terminlərindən fərqlənir. Burada ümumiliklər qədər də yetərli müxtəlifliklər vardır. Kəşf və ixtira əvvəllər mövcud və ijtimayiət üçün aşkar olmayan, kordinal və inqilabi mexanizmləri ifadə edərək yeni fundamental həqiqətlərin təsdiqinə əsaslanır. Məqsədyönlü, dəqiqləşdirilmiş, kollektiv nəticənin məhsulu olaraq innovasiyanın məramı daha çox praktiki tətbiq səciyyəlidir. İqtisadi inkişafın ölçüsü artdıqca innovasiya anlayışı daha məzmunlu əhəmiyyət kəsb edir. İnnovasya əvvəllər yalnız texnologiya sferası ilə məhdudlaşırdısa, müasir zamanda o, istehsal idarəeməsinin təşkilatı metodlarını da əhatə dairəsinə qatmışdır.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com