Mühasibat uçotu
Mühasibat uçotu - /ərəbcə mühasib saymaq mənasını ifadələndirir. Mühasib termini bir sıra dillərdə, o cümlədən rus dilində buxqalter kimi işlənir. Buxqalter alman dilində «kitiab saxlayan» mənasını verir/ müəssisənin təsərrüfat vəsaitini və vəsaitin mənbəyini müəssisənin təsərrüfat fəaliyyəti və onun nəticələri, hesablaşma, kredit və maliyyə münasibətlərini özündə əks etdirir. Mühasibat uçotunda təsərrüfat əməliyyatları icrasının müşahidə vasitəsi sənəddir. Mühasibat uçotu statistik və operativ uçotdan uçot məlumatlarının işlənməsi və istifadə edənə ötürülməsi ilə fərqlənir. Təsərrüfatlaşan subyektdə mühasibat uçotu təsərrüfat fəaliyyətdən başqa onun ictimai tərəfini öyrənən statistik uçotdan dar, təsərrüfat fəaliyyətinin yalnız ayrı-ayrı tərəflərini öyrənən operativ uçotdan geniş imkanlara malikdir. Müəssisənin təsərrüfat əməliyyatlarının öhdəliklərinin və əmlakı haqqında məlumatlar mühasibat uçotunda əhatəli və fəsiləsiz olmalıdır. Belə vəziyyət statistik və operativ uçotda məcburi deyildir.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com