Veksel krediti
From ..::Banker.az::..
Revision as of 13:53, 23 November 2011 by 46.22.227.231 (talk) (Created page with "'''Veksel krediti''' - (almanca Wechsel – mübadilə) banklar tərəfindən veksel sahiblərinə və təchizatçılar tərəfindən alıcılara verilən kredit növüdür. Bu n...")
Veksel krediti - (almanca Wechsel – mübadilə) banklar tərəfindən veksel sahiblərinə və təchizatçılar tərəfindən alıcılara verilən kredit növüdür. Bu növ kredit fəaliyyətdə olan sahibkarların əmtəələrin reallaşdırılması prosesində bir-birinə verdikləri kommersiya kreditinin inkişafı nəticəsində meydana gəlmişdir. Onlar hesablaşmalar üçün nağd pul əvəzinə borc öhdəliklərindən, yəni veksellərdən istifadə edirlər. Veksellər sadə və köçürmə veksellərə ayrılır.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com