Redaktə «Laissez faire, laissez passer» prinsipi
«Laissez faire, laissez passer» prinsipi - Azərbaycan transliterasiyasında - «lesse fer, lessü passe». Farnsız dilində tərcümədə mane olmama - «qoy hər şey getsin, necə gedir». İqtisadiyyatda - müdaxiləetməmə. Fransız iqtisadçısı fiziokrartiya (azad ticarət) məktəbinin yaradıcılarından biri Vensan de Qurnenin (1712-1759) fiziokrat-iqtisadçıların 1758-ci ildə yığıncağında söylədiyi nitqindən. Bu nitqində o, sübut etməyə çalışırdı ki, sənətkarlıq və ticarətin çiçəklənməsi üçün hökumət sahibkarlıq sferasına müdaxilə etməməlidir. Sonradan bu ideya «mançestr» liberal siyasi iqtisad məktəbinin əsas mövqeyi olaraq çıxış etməyə başladı və ortodoksal iqtisadi liberializmin simvoluna çevrildi. Lakin «Laissez faire, laissez passer» ifadəsi ilk dövriyyəyə çıxışı 1744-1747-ci illərdə Fransada xarici işlər naziri olmiş markiz P.L.d Arjansonla (1694-1757) bağlanılır.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com