Beynəlxalq Kooperativ Alyans
Beynəlxalq Kooperativ Alyans (BKA) - (ingiliscə - International Co-operative Alliance - İCA) - əsasən istehlak, kredit və kənd təssərüfatı yönümlü milli və regional ittifarqları, kooperativ federasiyaları birləşdirən, kooperativ hərəkatı bütün dünyada təmsil edən qeyri-hökumət təşkilastı. 1895-ci ildə Londonda təsis edilmişdir. BKA 700 milyondan çox insanın maraqlarından çıxış edir. 2010-cu ilin sonuna alyansa 92 ölkədən 248 kooperativ federasiya və təşkilat daxil olmuşdur. BKA-nın nizamnamə üzrə əsas məqsədləri: bütün ölkələrdə kooperasiyanın inkişafına kömək etmək, kooperativ hərəkatın metod və prinsiplərinin təşviqi, maraqların təqdimatı və müdafiəsi, qarşılıqlı əlaqələrin yaradılması və inkişafı, müxtəlif ölkələrin kooperativləri arasında əməkdaşlıq, uzunmüddətli sülh və təhlükəsizliyinin bərqərar olunması. BKA-nın rəhbər orqanıları: konqres - bir neçə ildən bir çağrılır, Mərkəzi Komitə - hər il çağrılır, İcraiyyə Komitəsi - BKA-nın prezidenti, 2 vitse-prezident və 13 üzvdən ibarət. Cari işləri direktor və Katiblik rəhbərlik edir. BKA «Beynəlxalaq kooperativ günü» bayramının müəllifidir və BMT-də məsləhətçi statusuna malikdir.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com