Fond birjası

From ..::Banker.az::..
Jump to: navigation, search

Fond birjası - dedikdə, qiymətli kağızların /məsələn, səhmlərin, istiqrazların və sairin alqı-satqısının həyata keçirildiyi bazar nəzərdə tutulur. Fond bircalarının əsas vəzifəsi qiymətli kağızların normal tədavülünün təmin olunmasından, məzənnənin müəyyənləşdirilməsindən və aşkarlandırılmasından, beləliklə də qiymətli kağız bazarının iştirakçılarına lazımi şərait yaratmaqdan və onların fəaliyyətini tənzimləməkdən ibarətdir. Fond bircasında qiymətli kağızların alqı-satqısı onlara olan tələb və təklifin təsiri altında tez-tez dəyişən birca kursu əsasında həyata keçirilir.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com



Fond birjası - Bu, mütəşəkkil olaraq qiymətli kağızların alınıb-satılması ilə məğul olur. Aşağıdakı başlıca xüsusiyyətləri vardır:

- müvəqqəti azad olan pul vəsaitlərini səfərbər etmək;

- qiymətli kağızların bazar dəyərini müəyyən etmək;

- kapitalın şirkətlər, sahələr üzrə axınını təmin etmək.



Mənbə: Vergilər Nazirliyi