Liberal, liberalizasiya

From ..::Banker.az::..
Jump to: navigation, search

Liberal, liberalizasiya - /latınca libiral liberalis – azad, libiralizm liberalis müstəqil/ latın mənşəli liberal isminin paronimləri liberalizasiya və liberalizm bir başa tərcümədə azad mənasını ifadə edir. Lakin bu istilahlar iqtisadi sferada ayrı-ayrı anlayışlarda təcəssüm olunur. Liberalizasiya azad ticarətdə meyl artımını, liberalizm isə bazar iqtisadiyyatının bazisi olmaqla bu prosesləri öyrənən iqtisadi nəzəriyyəni tərənnüm edir. İqtisadi müstəvidə liberalizasiya bazar iqtisadiyyatının alternativ ifadə variantında da işlənilir. Liberalizm isə sərt dövlət tənzimlənməsi siyasəti «komanda iqtisadiyyatı» terminin antonimi kimi də çıxış edir. İqtisadi liberalizm XVIII əsrdə Adam Smit təlimindən başlanğıc alır. XX əsrin 30-cu illərində Böyük depressiyadan sonra isə onun yeni formatlı axını, neoliberalizm meydana gəlmişdir. Bu isə o deməkdir ki, biznes sferasında böhrandan çıxmağın oyun qaydalarını dövlət müəyyən edir. Müasir zamanda liberalizm anlayışı əhəmiyyətli dərəcədə təbəllüdatlara uğramışdır. Lakin onun şəxsi mülkiyyət, azad sahibkarlıq və azad rəqabət kimi əsas prinsipləri dəyişməz olaraq qalır.



Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə

web səhifəsi: www.elshanhajizadeh.com