10-Q forması
From ..::Banker.az::..
Form 10-Q - 10-Q hər rübdən sonra bütün səhmdar cəmiyyətləri tərəfindən Qiymətli Kağızlar və Birjalar üz rə Komissiyaya təqdim edilən şirkətin fəaliyyəti haqqında hər tərəfli hesabatdır. 10-Q formasında şirkətlərdən onların maliyyə vəziyyətlərinə dair müvafiq məlumatları açıqlamaları tələb olunur. Forma vaxtında təqdim edilməlidir və məlumat bütün maraqlı tərəflərə açıq olmalıdır. 10-Q forması ilin ilk üç maliyyə rübünün hər biri üzrə həmin rüblərdən sonrakı 35 gün (əvvəllər 45 gün olmuşdur) ərzində təqdim olunmalıdır. Dördüncü rübdən sonra 10-K təqdim edildiyi üçün 10-Q-ni təqdim etməyə ehtiyac yoxdur.
Yerli Iqtisadi Inkisaf Mərkəzi