Aktiv və passiv korrupsiya

From ..::Banker.az::..
Jump to: navigation, search

Aktiv və passiv korrupsiya (active and passive bribery) – aktiv rüşvətxorluq rüşvət verən və ya verməyə söz verən şəxs tərəfindən törədilən cinayətdir. Passiv rüşvətxorluq rüşvət alan tərəfindən törədilən cinayətdir. Aktiv rüşvətxorluq təklif tərəfində, passiv isə tələb tərəfində baş verir. Hüquqi jarqonda (misal üçün, Korrupsiya üzrə Avropa Şurası Cinayət Hüququ) ictimai məmurların aktiv rüşvətxorluğu rüşvət sözvermə, təklifetmə və ya rüşvətvermə kimi təyin edilir. Passiv rüşvətxorluq isə rüşvət qəbul etmə kimi təyin edilir. Bu vacibdir ki, aktiv rüşvətxorluq heç də həmişə rüşvət verənin təşəbbüsünü bildirmir. Rüşvət alan adam tez-tez birinci tələb edir. O, sövdələşmənin fəal tərəfi olur.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı