Aktivlər
Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin aktivlərinin cəmi “balance sheet” sənədində onun öhdəliklərinin cəminə bərabər olmalıdır. Beynəlxalq mühasibatlıqda aktivlərin aşağıdakı təsnifatı mövcuddur:
(a) cari aktivlər – nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula mümkün qədər tez çevrilə bilən digər predmetlər;
(b) ticarət investisiyaları – “qız” və ya birgə kompaniyalara investisiyalar;
(c) “fixed” aktivlər – torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər;
(d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı, müsbət reputasiya), patentlər və s.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı
Aktivlər - keçmiş dövrə aid olan fəaliyyət nəticəsində yaranmış, müəssisənin nəzarətində olan və gələcəkdə iqtisadi mənfəət gözlənilən resurslar.
Mənbə: Vergilər Nazirliyi