Aktivlər

From ..::Banker.az::..
Revision as of 22:00, 27 November 2011 by 188.253.179.224 (talk) (Created page with "'''Aktivlər (assets)''' – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin aktivlərinin cəmi “...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin aktivlərinin cəmi “balance sheet” sənədində onun öhdəliklərinin cəminə bərabər olmalıdır. Beynəlxalq mühasibatlıqda aktivlərin aşağıdakı təsnifatı mövcuddur:

(a) cari aktivlər – nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula mümkün qədər tez çevrilə bilən digər predmetlər;

(b) ticarət investisiyaları – “qız” və ya birgə kompaniyalara investisiyalar;

(c) “fixed” aktivlər – torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər;

(d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı, müsbət reputasiya), patentlər və s.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı