Aktuar mənfəət və zərər
From ..::Banker.az::..
Actuarial gains and losses - Müəyyən dövr ərzində şirkətin aktuar qiymətləndirmələrə nəzərən yaranan əlavə mənfəəti və ya zərəri.Bunlar aşağıdakılarla əlaqədar yaranır: (i) təcrübə əsasında dəqiqləşdirmələr aparılması (gələcək hadisələr haqqında ilkin aktuar fərziyyələrlə həqiqətdə baş verənlər arasındakı fərqə əsasən); (ii) aktuar fərziyyələrdə dəyişiklər baş verməsi.Aktuar mənfəət və zərərlər müəyyən olduqları dövrlərin mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir.