Arbitraj sövdələşməsi
Arbitrage transaction - Müxtəlif birjalarda, müxtəlif çatdırılma müddətlərində və müxtəlif ödəniş vaxtlarında qiymət fərqlərinə əsaslanan birja sövdələşməsi. Arbitraj sövdələşmələrinin aşağıdakı növlərinə rast gəlinir: 1) valyuta arbitraj sövdələşmələri müəyyən məqamda valyuta məzənnələrində yaranan fərqə əsaslanır. Sadə valyuta arbitraj sövdələşmələri eyni valyutanın məzənnələrindəki fərqə, mürəkkəb arbitraj sövdələşməsi isə bir neçə valyutanın məzənnələrindəki fərqə əsaslanır; 2) faiz arbitraj sövdələşmələri - kapital bazarlarındakı faiz dərəcələrində olan fərqə əsaslanır; 3) əmtəə arbitraj sövdələmələri – əmtəə bazarlarındakı qiymətlərdə yaranan fərqə əsaslanır; 4) fond arbitraj sövdələşmələri – müxtəlif məzənnələr üzrə qiymətli kağızların eyni vaxtda alqı-satqısı, birja və birjadan kənar bazarlarda, müxtəlif ölkələrin, regionların birja bazarlarında sövdələşmələrin, eləcə də zaman (coğrafi) qurşaqlarının müxtəlifliyindən birja məzənnələri arasındakı fərqləri nəzərə alan sövdələşmələrin eyni zamanda bağlanması; 5) eyni qiymətli kağızların abunəsi hüququnun alınması və ya eyni vaxtda satışı ilə onların konvertasiyası. Arbitrajın alınma növlərinə görə arbitraj sövdələşmələri divident və diskont arbitraj sövdələşmələrinə ayrılır.
Yerli Iqtisadi Inkisaf Mərkəzi