Avropa Birliyi agentlikləri
Avropa Birliyi agentlikləri (EU agencies) – Avropa Birliyi (AB) daxilində fərqli hüquqi səlahiyyətə malik və büdcə fəaliyyəti ilə məşğul olan, ciddi şərtlər altında nümayəndəlik prinsipi ilə fəaliyyət göstərən qurumlar. Onların növləri:
– İcraedici agentliklər (Executive agencies) – AB Komissiyasının qərarı ilə yaradılmış, birbaşa AB büdcəsi ilə bağlı Birlik proqramının bütün və ya müəyyən hissəsini həyata keçirən agentliklərdir.
– Ənənəvi agentliklər (Traditional agencies) – AB Şurası və Avropa Parlamenti tərəfindən yaradılmışdır. Onlar AB büdcəsindən aldıqları qrantlarla büdcənin həyata keçirilməsinin müəyyən məsələlərini həll edirlər.
– Milli agentliklər (National agencies) – AB büdcəsindən aldıqları qrantla müəyyən məsələləri həll edirlər.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı