Balanslaşdırılmış büdcə

From ..::Banker.az::..
Jump to: navigation, search

Balanslaşdırılmış büdcə (balanced budget) – hökumətin planlaşdırdığı xərclərlə onun gözlənilən gəlirlərinin bərabər olduğu büdcə. Dövlət maliyyəsində bu elə bir fiskal situasiya hesab olunur ki, burada vergi və digər daxilolmalar mal və xidmətlər, transferlər və faiz ödənişlərini tam əhatə edə bilsin. Ayrı-ayrı dövlətlərin büdcələrinin təhlili göstərir ki, büdcələr balanslı vəziyyətdən daha çox kəsirli olurlar və bu kəsir borclanma və əlavə emissiya yolu ilə örtülür. Büdcə balansının və onun maliyyələşdirilməsinin iqtisadiyyatda xüsusi önəmi ondan ibarətdir ki, o, tələbə və qiymətlərə təsir edə bilər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı