Dollar
From ..::Banker.az::..
Revision as of 23:30, 25 November 2011 by 188.253.181.2 (talk) (Created page with "'''Dollar''' – ABŞ-ın (ABŞ dolları), Kanadanın (Kanada dolları), Avstraliyanın (Avst. dolları) və bir sıra digər ölkələrin pul vahididir. 100 sentə bölünür. A...")
Dollar – ABŞ-ın (ABŞ dolları), Kanadanın (Kanada dolları), Avstraliyanın (Avst. dolları) və bir sıra digər ölkələrin pul vahididir. 100 sentə bölünür. ABŞ-da 1786-cı ildə 24,34 qramlıq xalis gümüşlə gümüş məzmunla tətbiq olunmuşdur. Qızıl məzmunu əvvəlcə 1,6 qram xalis qızılla müəyyən olunmuş, 1900-cu ildə 1,5 qrama, 1934- ildə isə 0,8886 qrama endirilmişdir. Sonra qızıldan olan dollarlıq sikkələr tədavüldən çıxarılmış, 1, 2, 5, 10, 20, 50 və 100 dollar pul nişanları formasında banknotlarla əvəz edilmişdir.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com