Pul haqqında 10 maraqlı fakt

From ..::Banker.az::..
Jump to: navigation, search

Biz onlardan hər gün istifadə edirik, qatlanmış əskinasları açırıq və xırda pul axtarırıq. Bəs, əslində biz onlar haqqında nə bilirik? Oxuculara maraqlı ola biləcək dollar haqqında az məlum olan on faktı təqdim edirik.


  • Nə üçün yüz dollarlıq banknotun üzərində Ben Franklinin şəkli verilib? Dollar əskinaslarının çoxunun üzərində Amerika prezidentləri Corc Vaşinqtonun, Avraam Linkolnun, Endryu Ceksonun şəkilləri təsvir olunub, lakin ikisi: Aleksandr Hamilton (10 dolların üzərində) və Bencamin Franklin istisna haldır (100 dolların üzərində). Qazet redaktoru və ildırım keçiricinin ixtiraçısı Franklin Amerikanın “baniləri” siyahısına daxildir və Müstəqillik bəyannaməsində onun da imzası var. Bundan başqa, o hesab edirdi ki əsl varlığa yol ancaq ağır əməkdən keçir və bu əqidə Amerikan xəyalının əsasını təşkil etmişdir. Və nəhayət, onun naşirlik qabiliyyətinin köməyi ilə Amerikanın ilk valyutası çap edilmişdir.
  • Nə üçün dollar banknotunun arxa tərəfində piramida təsvir olunub? Bu piramida ABŞ-ın gerb möhürünüın bir hissəsidir: ön planda qartaldır, arxa planda piramida. Hesab edilir ki piramida qüdrət ifadə edir, onun on üç pilləsi isə ilk 13 ştatın simvollarıdır. Zirvəsinin olmaması gələcəkdə də işləmək lazım olduğunu bildirir.
  • Bəzi şəhərlərin öz yerli valyutası var . Hesab edilir ki, öz valyutasını yaradan ilk şəhər Nyu-York ştatının İtaka şəhəri olmuşdur. 1991-ci ildə şəhər sakini Pol Qlover bir qrup könüllülərlə itaka saatı fikirləşmişdilər. Bir itaka saatının qiyməti $10 idi, eləcə də daha böyük və xırda nominallar vardır. Pul kimin isə əməyini göstərdiyini xatırlatmaq üçün saat adlandırılmışdı. Bu gün dövriyyədə $100000 çox itaka saatı var. Bundan başqa Viskonsin ştatının Medison, Miçiqan ştatının Korvallis, Oreqon və Travers Siti kimi şəhərlərinin də öz valyutaları var.
  • “Monopoliya” oyunu üçün əsl banknotdan daha çox pul çap olunur. Baxmayaraq ki,bu fakt İnternet əfsanəsinə bənzəyir, o həqiqətə uyğundur. Oyunun istehsalçısı Parker Brothers şirkətinin məlumatına uyğun olaraq, “Monopoliya” oyunu üçün hər il $30 mlrd baknot çap olunur. Bunun müqabilində ötən il Oyma və çap bürosu $974 mln əsl pul buraxmışdır. Bu pulların təxminən 95%-i köhnəlmiş, çox işlənmiş banknotları əvəz etmək məqsədi ilə çap edilir.
  • Əskinasları çırılmaqdan əvvəl neçə dəfə qatlmaq olar? Hər banknotu eninə-uzununa 4000 dəfə qatlamaq olar. Federal ehtiyat sisteminin xəbər verdiyinə görə, dollarlıq banknotların istifadə müddəti təxminən 22 ay təşkil edir; 5 dollarlığın istismar müddəi iki ildir; on dollarlıq üç il; 20 dollarlıq dörd; 50 və 100 dollarlıqlar isə doqquz il ömür sürürlər. Metal pullar daha uzun ömürlüdürlər və təxminən 30 il ömür sürə bilərlər.
  • Pulları necə yaradır və necə məhv edirlər? Hər il nə qədər pul çap olunacağı haqqında Federal Ehtiyat Sistemi qərar qəbul edir, bilavasitə çap etməklə isə Oyma və çap bürosu məşğul olur. Banklardan nağd depozit alaraq FES bütün valyutanı xüsusi avadanlıqda yoxlayır. Adətən yoxlamanın nəticələri göstərir ki valyutanın üçdə biri sonrakı istifadəyə yararsızdır və bu banknotlar maşınla doğranılır və yeni çap edilmiş pullarla əvəz olunurlar. “Doğranmış” əskinaslar ya zibilliyə göndərilir, yaxud Federal ehtiyat banklarına ekskursiya zamanı süvenirlər kimi qablaşdırılıb satılırlar.
  • Pulların və məxfi xidmətin ümumiliyi nədədir? Əslində bu təşkilat saxta pul kəsənlərə qarşı mübarizə aparmaq üçün yaradılmışdır.O vaxt, 1865-ci ildə bu sənət çox inkişaf etmişdi: təxmini hesablamalara görə dövriyədə olan valyutanın üçdə biri saxta hesab edilirdi.Bu gün dövriyyədə saxta banknotların həcmi təxminən $250000 təşkil edir.
  • Nə üçün bəzi metal pullarda şırımlar var? Metal pulları gümüş yaxud qızıl kimi qiymətli metallardan kəsdikdə bəzi mahir oğrular metal pulun kənarından səliqə ilə kəsilmiş metalı satmaqla yaxşı qazanc əldə edirdilər. Bu səbəbdən metal pulların tilində bu şırımlar əmələ gəlmişdir. ABŞ-ın Sikkəxanasından verilən məlumata görə on sentlikdə bu 118, iyirmi beş sentlikdə 119, yarım dollarlıq metal pulda isə 150 şırım var. Baxmayaraq ki metal pullar artıq qiymətli metallardan hazırlanmır, bu şırımlar onlarda indi də saxlanılıb, çünki onların sayəsində görmə qabiliyyəti pozulmuş insanlar dəmir pulları bir birindən fərqləndirə bilirlər. Maraqlıdır ki bir və beş sentlik dəmir pulların şırımları heç vaxt olmayıb, çınki onlar üçün heç vaxt qiymətli metallardan istehsal etməyiblər.
  • $10000 dəyərində əskinas mövcuddur Bu gün ən iri əskinas yüz dollarlıq əskinasdır, lakin əvvəl $500, $1000, $5000 və $10000 dəyərində banknotlar mövcud idi, ancaq 1969-cu ildə onların çap edilməsini ehtiyac olmadığı səbəbindən dayandırdılar. Belə banknotları axırıncı dəfə 1945-ci ildə buraxmışdılar. Bu banknotların bəziləri hələ də mövcuddur və qanuni ödəmə vasitəsidir. Onların çox hissəsi kolleksiyaçıların əlindədir.
  • İki dollarlıq banknot neçəyədir? İki dollar dəyərində əskinaslar həmişə qəribə görünüblər, lakin onlar qanuni ödəmə vasitəsidirlər. İki dollarlıq banknot 1862-ci ildə meydana gəlib, onun buraxılması isə 1966-ci ildə dayandırılıb. On ildən sonra ABŞ-ın iki yüz illiyi bayramının qeyd edilməsi çərçivəsində onu yenidən geri qaytarıblar. Belə əskinaslar kifayət qədər nadir olub, ümumi dövriyyədə olan kağız valyutanın 1%-ni təşkil edirlər. Lakin yayılmış yanlış fikrin əksi olaraq onlar nominaldan, yəni iki dollardan baha deyil.