Rupert Merdok

From ..::Banker.az::..
Jump to: navigation, search
A cartoon centipede reads books and types on a laptop.
Rupert Merdok banker.az.

Dünyanın bütün kütləvi informasiya vasitələrini idarə etmək qeyri mümkündür, təbii ki, əgər siz Rupert Merdok deyilsinizsə (Monti Berns -Simpsonlar c/f)

Keyt Rupert Merdok 1931-ci il 11 martda Avstraliyanın Viktoriya ştatının paytaxtı olan Melburn şəhərində dünyaya göz açmışdır. Maraqlıdır ki, onun əsli Şotlandiyaya gedib çıxır. Onun babası, yoxsul keşiş kimi 1884-cü ildə Şotlandiyadan Avstraliyaya köç etmişdir.

Rupertin atası jurnalist işlədiyindən, hələ uşaq yaşlarında onda qəzet xəbərlərinə böyük sevgi oyanmışdır. Merdokun körpəliyi qayğısız keçmişdir, belə ki onun ailəsi onu lazım olan hər şeyi ilə təmin edə bilirdi. Onun atası Birinci dünya müharibəsi illərində jurnalistika sayəsində çox məşhurlaşmış, hətta 1933-ci ildə xidmətlərinə və cəsurluğuna görə Britaniya cəngavəri rütbəsi ilə təltif olunmuşdu. Yeri gəlmişkən Rupert ailənin yeganə övladı deyildi, onun üç bacısı var idi, buna görə ailənin bütün diqqəti təkcə onun üzərinə yönəlməmişdi. On yaşı olanda Ruperti o vaxtlar kifayət qədər nüfuzu ilə seçilən Geelong Church of England Grammar School-a oxumağa göndərdilər. Orada Merdok xüsusi heç nə ilə yadda qala bilmədi. O idman yarışlarında iştirak etmir, dərslərində elə də fərqlənmir, sadəcə məktəbi qurtarmaq üçün lazım olacaq qədər oxuyurdu.


Məktəbi bitirdikdən sonra Rupert Merdok təhsilini davam etdirmək üçün Böyük Britaniyaya yola düşür (bəli, Qilonq Kilsə məktəbi Avstraliyada yerləşirdi). Orada gənc Merdok Oksford Universitetinin nəzdində yerləşən Vuster kollecinin qəbul imtahanlarından uğurla keçir. Oxuduğu müddət ərzində o, aktiv şəkildə Leyboristlər partiyasını dəstəkləməyə başlayır. Məhz buna görə onu Vuster kollecinin siyasi klubundan xaric edirlər (belə şayiələr gəzir ki, Merdok Vladimir İliç Leninin böyük pərəstişkarı olub). Necə olsa da Rupert Oksfordu humanitar elmlər üzrə doktor dərəcəsi alaraq başa vurdu. Elə həmin vaxt atası vəfat edərək, oğluna iki qəzet –Adelaide News və Sunday Mail, həmçinin elə də yaxşı vəziyyətdə olmayan bir radio stansiya miras qoydu..

Merdok ilk öncə jurnalistika sahəsi üzrə təcrübə qazanmaq qərarına gəldi. Bundan ötrü o, ailənin köhnə, yaxın dostu və qəzet biznesinin əsl kralı lord Nortkliffə müraciət etdi. O, isə Ruperti öz qəzetlərindən birində redaktor köməkçisi kimi işə düzəltdi. Lazımı iş təcrübəsini qazandıqdan sonra Merdok evə, Avstraliyaya geri dönür. Beləliklə 1953-cü ildə News Limited kompaniyası dünyaya göz açır, həmin an şirkətin cəmi iki qəzeti -Adelaide News və Sunday Mail, bir də Brokenhildə yerləşən balaca bir radiostansiyası var idi. Atanın yolunu davam etdirmək

Rupert Avstraliyaya qayıdanda rəqiblər dərhal ona News Limited kompaniyasının hər iki qəzetini almaq barədə təkliflər etdilər. Merdok çox da düşünmədən bu təkliflərin mətnini özünün hər iki qəzetində çap etdi, mətbuatda monopoliya ilə mübarizə aparmaq lazım olduğu haqda yazdığı məqalə isə onların təsir gücünü daha da artırdı. Gənc biznesmen özündən söz etdirməyi bacardı, onun haqqında danışmağa başladılar. Baxmayaraq ki, Merdok öz qəzetində monopoliyanı kəskin tənqid edən məqalə yazmışdı, qısa bir zamanda News Limited, özü də bütün Avstraliya boyu xırda əyalət qəzetlərini almağa başlayır. On il ərzində News Limited demək olar ki, Avstraliyada bütün az-çox gözə çarpan və eləcə də məşhur qəzetləri aldı.

Maraqlıdır ki, çoxsaylı tənqidçilər Merdoku həmişə onda ittiham edəcəklər ki, onun qəzetləri həddən çox «sarı» informasiyaya üstünlük verir nəşr. Həqiqətən də belə idi. Axı məhz «sarı» mətbuat insanlar arasında daha çox populyarlığa malikdir (nə etmək olar, insan təbiəti belədir).

Ilk dəfə bütün dünya Rupert haqqında 1959-cu ildə danışdı, söhbət 9-yaşlı Mary Olive Hattam adlı qızın təcavüzə uğraması və qətli ilə bağlı səs-küylü məhkəmə prosesindən gedir. Müttəhim qismində isə avstraliyalı Rupert Maks Styuart çıxış edirdi. O şəxsən öz günahını etiraf etmiş və ölüm cəzasına məhkum olunmuşdu. Amma məsələ göründüyü kimi asan deyildi. Styuartın etirafı ədəbi nöqteyi-nəzərdən həddindən artıq savadlı yazılmışdı, amma əslində o savadsız bir şəxs idi. Bu isə Merdokun diqqətindən yayınmadı, məhkəmənin hökmündən şübhə edən Rupert Merdok özü bu işi araşdırmağa başladı və apardığı şəxsi tədqiqatın və hadisələrin gedişi onun qəzetlərində çıxan məqalələrdə şərh olunurdu. Nəticədə çox keçməmiş Styuartın ölüm cəzasını azadlıqdan məhrum etmə ilə əvəz etdilər. Daha sonra onu buraxacaq, hətta təqsirsiz olduğunu da etiraf edəcəklər. Bütün bunlarda isə News Limited fəallığı böyük rol oynayıb.

1960-cı ildə Rupert Merdok The Sun -Avstraliyanın ən nəhəng qəzetlərindən birinə meydan oxudu və qalib gəldi. O, The Daily Mirror nəşrini alaraq, onun kriminal xronika və bu və digər dərəcədə erotika ilə bağlı məqalələr icmalına dəyişdi. The Sun məğlub oldu və qəzet ciddi böhran ilə üz-üzə qaldı. Üç il sonra Rupert Merdok Australian qəzetini, ilk milli qəzeti açır. Daha dörd il sonra isə Merdoka məxsus aktivlərin dəyəri artıq 50 milyon dollar təşkil etməyə başlamışdı. Artıq xaricə ekspansiya etməyin vaxtı yetişmişdi. News Limited sərhədləri aşmaq ərəfəsində idi.


Xaricə çıxış

1968-ci ildə Robert Maksvellom ilə ağır mübarizədən sonra Merdok Böyük Britaniyanın ən populyar qəzeti News of the world-ü aldı. Qeyd etmək lazımdır ki, bu nəşriyyat Merdok onu alandan sonra 20 il ərzində hər il öz bazar payını itirdi, amma buna baxmayaraq o, yenə də ölkənin ən populyar qəzeti idi. 1969-cu ildə Merdok böhran vəziyyətində olan The Sun qəzetini alır. Qeyd etmək lazımdır ki, bu qəzet demək olar ki, ona havayı qismət olur. Maraqlısı odur ki, həmin vaxta qədər The Sun müəyyən dərəcə də siyasi yönlü intellektual bir qəzet idi. Merdok onu dəyişərək onun başlıca mövzularını cəmiyyət üçün daha maraqlı olan istiqamətə çevirdi: idman, şəhvət, sensasiya və şayiələr. Qəzet sanki yenidən doğuldu. The Sun-ın tirajları ildən ilə artmağa başladı. Hər şey çox sadədir. Rupert cəmiyyətin nə oxumaq istədiyini çox yaxşı bilirdi. 1970-ci ildən başlayaraq The Sun İngiltərənin ən çox satılan qəzetinə çevrilir.

O faktı da qeyd etməyə dəyər ki, The Sun heç də siyasətdən tamamı ilə üz döndərməmişdi. Məsələn, Marqaret Tetçer öz dövründə qəzeti çox fəal sürətdə dəstəkləyirdi. Ümumiyyətlə götürsək isə həmin anda Merdokun hakimiyyəti xüsusi ilə güclü olmuşdu. O həqiqətən də siyasətə təsir göstərməyə başlamışdı. Ən azından Avstraliya və Böyük Britaniyada, çünki məhz burada ən populyar qəzetlər məhz News Limited şirkətinə məxsus idi. Amerika gözləyir!

1972-ci ildə News Limited Frenk Pekkerdən Böyük Britaniyanın The Daily Telegraph qəzetini alır. Indi o əsas diqqətini ABŞ-a yönəltmək qərarını vermişdir. Bu bazar Avstraliyada və ya Böyük Britaniyada olduğundan daha böyük idi. İlk iş olaraq Merdok San Antonioda bir neçə qəzet əldə edir. Həmin qəzetlər San Antonio Express və San Antonio Evening News idi. Bir az müddət keçəndən sonra Merdok başa düşəcəkdi ki, iki qəzetə sahib olmaq heç də sərfəli deyil, buna görə də onları birləşdirərək San Antonio News-Express adı ilə amerikanlara təqdim edəcək idi. Qəzet alınması ilə bağlı Merdokun qarşılaşdığı ilk uğursuzluq da onun fəaliyyət tarixinin məhz Amerika mərhələsinə təsadüf edir. Ona məşhur The Washington Star nəşrini satmağa razı olmurlar. Lakin heç bu da onu dayandırmır. O eyni məzmunlu öz qəzetini açır və onu The National Star adlandırır. Merdokun karyerasındakı ən vacib hadisələrdən biri isə 1976-cı ilə təsadüf edir.

Bu zaman o, Dorati Şiffdən The New York Post qəzetini 30 milyon dollara alır. Əlbəttə ki, qəzet kriminal, seks, sensasiya, qalmaqal, sarı şayiələrə həsr edilmişdi, onun 6-cı səhifəsində isə məşhur insanlara aid məlumatlar -yoxlanılmamış informasiya yerləşdirilirdi. Amma bu sadəcə başlanğıc idi. 1977-ci ildə o, The New York Magazine nəşriyyatını alır (eyni adlı jurnal və bir neçə digər qəzetin istehsalı ilə məşğul olan). Qeyd etmək lazımdır ki, The New York Magazine şirkətinin rəhbəri son ana qədər pul axtarırdı ki, öz biznesini satmaq məcburiyyətində qalmasın. Tapa bilmir, buna görə də getməli olur. Yeri gəlmişkən, şirkətin bir çox əməkdaşları da onun ardınca gedir, necə deyirlər, heyət yalnız bir kapitana sadiq qalır.

1977-ci ildə Rupert Merdok göstərdi ki, o siyasətə nə qədər güclü təsir edə bilər. Onun qəzetləri Nyu_York şəhərinin meri vəzifəsinə Robert Koxun namizədliyini dəstəkləyirdi. Kox seçkilərdə qalib gəlir. 1979-cu ildə Rupert bütün kompaniyalarının News Corporation adi ilə bir kompaniya altında konsolidasiya etdi. Əlbəttə ki, kompaniyanın prezidenti o özü oldu. 1981-ci ildə o The Times və The Sunday Times adlı məşhur qəzetləri nəşr edən bir nəşriyyat aldı. Qeyd edə ki, məhz bu şirkətlərin alqısından sonra Merdokun həmkarlar ittifaqları ilə problemləri başladı. Son nəticədə o, çoxlu insanı işdən çıxartmaq məcburiyyətində qalır.

1985-ci ildə Rupert Merdok 20th Century Fox kompaniyasına sahib olur. Həmin anda şirkətdə böhran yaşanırdı və çox az adam inanırdı ki, qəzet maqnatı kompaniyanı düşdüyü quyudan çıxarda biləcək. Amma o bu işin də öhdəsindən gəlir. Bir məsələ də var ki, Fox- kanalının televiziyada da xəbər verməsi üçün Merdok ABŞ vətəndaşlığını qəbul etməli olur. Belə göründüyü kimi onun səyləri hədər getmir. Fox bir sıra kanallara malikdir, onların sırasında xüsusi ilə bunların adını qeyd etmək olar: Fox, Fox Life, Fox Life HD, Fox Crime, FX, Fox Horror, Fox Next, Fuel TV, Fox Sports, Speed Channel, Cult, Next HD, Voyage, Baby TV, National Geographic Channel, National Geographic Channel HD, Nat Geo Wild, Nat Geo Adventure, Nat Geo Music, Nat Geo Junior. Merdokun kompaniyası xüsusi ilə «Titanik» filmi və bütün dünyada məşhur olan «Simpsonlar» və «Futurama» animasiya serialları ilə daha çox yadda qalmışdır.


Qeyd etmək lazımdır ki, Fox-u aldıqdan sonra Merdokun problemləri meydana çıxmağa başladı. Sən demə ABŞ qanunvericiliyi eyni zamanda həm qəzet, həmdə telekanal sahibi olmağa icazə vermir. Nəticədə Merdok öz biznesinin bir hissəsini, daha dəqiq desək, The New York Post qəzetini satmalı olur. Amma daha sonra 1993-cu ildə o yenidən həmin firmanı geri qaytarmağa müvəffəq olur. Nəzərə alın ki, televiziya bazarı qəzet bazarından qat-qat daha çox gəlirlidir. 80-cı illərin sonuna yaxın Merdok Böyük Britaniyada Sky Television televiziya kompaniyasının əsasını qoyur. Tezliklə o, British Satellite Broadcasting ilə birləşdirilir, Merdok Bskyb kompaniyasının həm sahibkarına çevrilir, bu televiziya isə tezliklə Böyük Britaniyada pullu xidmət göstərən ən böyük şirkətə çevrilir (yeri gəlmişkən bu sövdənin baş tutması daha çox onunla bağlı idi ki, həmin şirkət İngiltərənin primyer-liqasının futbol oyunlarının yayımı (translyasiya) icazəsinə malik idi, bu ölkədə isə az qala hamı idmanın bu növünün xəstəsidir.

Maraqlıdır ki, elə həmin zaman Merdok İngiltərənin ən məşhur futbol komandalarından biri olan Mançester Yunayted futbol klubunu almaq istəyir, amma sövdələşmə baş tutmur, necə deyirlər bütün İngiltərə hökuməti buna qarşı çıxır və ayağa qalxır, onlar qorxurlar ki, belə olduğu halda Kütləvi informasiya vasitələri oyunları qiymətləndirdikdə və ya şərh etdikdə Mançester Yunaytedə prioritet verəcəklər, bu isə KİV qərəzsiz mövqeyi ilə bağlı qanuna ziddir.

80-ci illərin sonunda Rupert Merdok iki amerikan kitab nəşriyyatının sahibi oldu: Harper & Row və Collins. Çox da tərəddüd etməyən Rupert tezliklə onlardan bir nəşriyyat yaradaraq, onu HarperCollins adlandırır. Bundan əlavə, 1995-ci ildə The Times nəhayət ki, uzunmüddətli fasilədən sonra özünün əzəli rəqibi olan The Independent qəzetini geridə qoymağı bacarır. Bütün bunlar iki il bundan əvvəl qiymətlərin azaldılması sayəsində mümkün olur.

21-ci əsrdə də Rupert Merdok hakimiyyətə təsir edə bilir. Merdok demək olar ki, aktiv şəkildə İraq müharibəsini öz qəzetlərində dəstəkləyir və prezident Buşa qeyri məhdud miqdarda etibar nümayiş etdirir. Bununla yanaşı eyni zamanda News Corp kompaniyasının böyüməsi davam edir. Indi ona Avstraliyada, həm Qərbi, həm də Şərqi Avropada, Şimali və Cənubi Amerikada, həmçinin də Asiyada çox saylı nəşr evləri məxsusdur.

2005-ci ildə Merdokun kompaniyası öz nəzərlərini internetə yönəldərək, 589 milyon dollara populyar Myspace sosial şəbəkəsini alır (bu şəbəkəyə Yahoo! kompaniyası da öz iddialarını irəli sürürdü). 2007-ci ilin yayında Rupert Merdok Dow Jones kompaniyasını alır, dünyaca məşhur The Wall Street Journal jurnalı da məhz bu kompaniyanın əməyinin məhsuludur. Bu, həmin ilin ən çox səs-küy salmış sövdələrindən biri oldu. Yeri gəlmişkən yeni rəhbərliyin fəaliyyətində The Wall Street jurnalında dərc olunan məqalələrin obyektivliyinə və qərəzsizliyinə nəzarət etmək üçün xüsusi komissiya qrupu yaradılır.


Şəxsi həyat

Bu gün Rupert Merdokun varidatının miqdarı 9 milyard dollar təşkil edir. O, Forbesin tərtib etdiyi milyarderlər reytinqinin ilk yüzlüyünə daxildir. Onun kompaniyasının dəyəri isə 60 milyard dollar həcmində qiymətləndirilir. Rupert Merdok Nyu-Yorkda 5-ci avenyuda əvvəllər Rokfellerə məxsus olan evdə yaşayır. Merdok üç dəfə ailə həyatı qurub. Əlbəttə ki, onun varisləri də var. Bu gün onun yerinə ən ideal namizəd kimi oğlu Ceymsin adı çəkilir. Ceyms hal-hazırda Bskyb kompaniyasını idarə edir.

Belə görünür ki, Merdokun digər övladları atalarının yolunu davam etdirməyə maraq göstərmir. Maraqlıdır ki, Rupert uşaqlarını hələ balaca yaşlarından kompaniyanın maliyyə hesabatları üzərində yorulmadan çalışmağa məcbur etmişdir, bununla da o, onların gələcəyini müəyyən edə bilmişdir. Son şayiələrə görə Rupert Microsoft kompaniyası ilə birlikdə internet-nəhəngi Yahoo! –nu almağa hazırlaşır, amma hələ ki, bu şayiəni təsdiqləyən konkret bir informasiya yoxdur.

Razıyam, ola bilsin ki, Rupert Merdok müasir dövrün ən çox tənqid olunan biznesmenlərindən biridir. Onu adətən onda ittiham edirlər ki, onun almış olduğu bütün qəzetlər sonradan sarı mətbuata çevrilir. Obyektivliyini itirir, məzmun vulqarlaşır. Merdok özü bir dəfə bunu çox dəqiq sözlərlə ifadə etmişdir: mən publikaya onun istədiyini verirəm!».