Visa Gold

From ..::Banker.az::..
Jump to: navigation, search

Visa Gold – beynəlxalq VİSA ödəmə sisteminin elit mükafatlı kart seqmentinə aiddir. Həm debet, həm də kredit kartı ola bilər. Bazarda bank tarixi formalaşdırılmış, gəlirləri orta səviyyədən yüksək olan işgüzar adamların status kartı kimi mövqeyə malikdir.

Texniki cəhətdən Visa Gold ödəmə sisteminin digər kart kateqoriyalarından fərqlənmir. Əslində bu Visa Classic kartının bir qədər geniş imkanları olan variantıdır.

Ödəmə sistemi Visa Gold bank-emitenti üçün minimal əlavə xidmətlər siyahısını təyin edir. Öz növbəsində kredit təşkilatı bu siyahıya öz şəxsi xidmətlərini və təkliflərini əlavə edə bilər.Bu səbəbdən belə kartların dolğunluğu həm xidmət xərcinin fərqli olduğu kimi, müxtəlif banklarda fərqli olur. Nəticədə Rusiya bazarında bu gün Gold premial kartları tamamilə müxtəlif səviyyədə mövcuddurlar. Məsələn, bəzi banklar qızıl kartları çox sayda əlavə xidmət və imkanlarla təmin etmirlər, bu isə onları sıravi vətəndaşların əldə etməsi üçün imkan yaradır.

Bir qayda olaraq Visa Gold üçün minimal əlavə xidmətlərə aşağıdakılar daxildir:

• sığorta proqramlar;

• İAPA diskont kartı;

• 24 saat ərzində müştəri dəstəyi xidməti (itmiş yaxud oğurlanmış kartlar haqqında ərizələrin qəbulu, kartların dəyişdirilməsi, lazım gəldiyi halda təcili nağd pulun verilməsi, arayış məlumatları haqqında hüquqi və tibbi məsləhətlər və sairə);

• Visa ödəmə sistemində xüsusi təkliflər üzrə güzəştlər və əlverişli təkliflər; Visa Gold kartları çox vaxt qızılı rəngdə buraxılır.