6 C
Baku
Monday, December 16, 2024

Digər ölkələr Sinqapur məktəblərindən nələr öyrənə bilər?

Sərt tədris metodları və möhtəşəm müəllimlər ada-dövlətini sinfin əlaçısı edir. Sinqapur 1965-ci ildə müstəqil ölkə olanda, çox az dostu və çox az təbii resursları vardı. Bəs necə oldu ki, o, dünyanın ən böyük və maliyyə mərkəzlərindən birinə çevrildi? İlk Baş nazir Li Kuan Yu ölkənin strategiyasını belə izah edib: “Sinqapurun inkişafının təməlində dayanan bircə təbii resurs var: xalq”

Bugün Sinqapurun təhsil sistemi dünyanın ən yaxşılarından biri hesab olunur. Ölkə mütəmadi olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nəzdindəki Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramının (PISA) (çoxsaylı ölkələrdən olan 15 yaşlı şagirdlərin əsasən riyaziyyat, oxu və elmi bacarıqlarının qiymətləndirildiyi imtahan) zirvəsində yer alır. Sinqapurlu şagirdlər riyaziyyatda amerikalı həmyaşıdlarından təqribən 3 il qabaqdadırlar. Sinqapur eyni dərəcədə daha azyaşlı uşaqların imtahan nəticələrində də irəlidədir və onun orta məktəblərini bitirən şagirdləri dünyanın ən yaxşı universitetlərində görmək olar.

Bu ada-dövlətinin dünyaya keçə biləcəyi çox dərs var. Amma digər ölkələr həvəssiz şagirdlərdir. Bir digər səbəb də Sinqapurun sinfə rəhbərlik edən müəllimlərlə ənənəvi pedaqogikaya üstünlük verməsidir. Bu, bir çox təhsil islahatçılarının daha yumşaq, uşaqların özbaşına öyrənməyini təşviq edən “proqressiv” metoduna ziddir. Beynəlxalq tədqiqatlar biliyin əldə edilməsində birbaşa təlimatın uğurlu yol olduğunu göstərsə də, tənqidçilər Sinqapurun “məhdud” modelinin qeyri-yaradıcı, miskin riyaziyyat biliciləri istehsal etdiyini deyirlər. Valideynlər sistemin uşaqların üzərinə qoyduğu stresə (və özlərinə görə; çünki uşaqlar nə qədər bacarıqlı olsa da, evlərinə dərs gətirirlər) görə də narahat olurlar.

Bununla belə, Sinqapur göstərir ki, akademik nailiyyət qazanırsansa, bu o demək deyil ki, mütləq şəxsi bacarıqlarını itirirsən. 2015-ci ildə sinqapurlu tələbələr PISA-nın kollektiv şəkildə problem həll etmək sınağında da birinci olublar, burada onların nəticəsi hətta oxu və elm sahələrindəkindən daha yaxşı olub. Onların məsələn, özlərini xoşbəxt hiss etmək göstəricisi də finland uşaqlarınkından daha çox olub, Finlandiya o ölkədir ki, burada təhsil işçiləri uşaqlara effektli tədris metodlarıyla dərs keçməklə istisna uğurlara nail olublar. Uğurlarıyla kifayətlənməyən Sinqapur indi yaradıcılığı artırmaq və stressi azaltmaq üçün yeni islahatlar təqdim edib. Bu müvəffəqiyyətsizlik əlaməti deyil, tam tərsinə təhsil islahatına sistemli, sübut-əsaslı bir yanaşma və Sinqapurun dünya ölkələrinə təklif etdiyi üç dərsdən biridir.

Başqa ölkələr natamam və koordinasiya edilməmiş islahatlar etdikləri halda, Sinqapur buna bir sistem kimi baxmağa çalışır. O, təhsil tədqiqatlarına böyük investisiyalar yatırır. Bütün islahatlar tətbiq edilməzdən əvvəl, nəticələri ətraflı surətdə götür-qoy edilir. Yeni ideyaların və onların nəticələrinin məktəblərdə necə tətbiq ediləcəyinə böyük diqqət göstərilir. Böyük səylə ərsəyə gətirilmiş tədris kitabları, dərs cədvəlləri və tapşırıqlar (bunlar bir qayda olaraq Qərbdə vaxtı keçmiş sayılır) sinifləri yoxlamadan keçirməkdən ötrü istifadə edilir. Qiymətləndirmə, cavabdehlik və tədris forması arasında uzlaşma varsa, nəticə yaxşı hesab edilir.

İkinci dərs Sinqapurun xüsusilə riyaziyyat sahəsindəki tədris yanaşmasını mənimsəməkdən ibarətdir – bunu müəyyən qədər artıq ABŞ və İngiltərədə də edirlər. Bu yanaşma dar, amma dərin kurikyuluma əsaslanır və sinfin bütövlükdə tədris proqramı ilə irəliləcəyinə əmin olmağa çalışılır. Geridə qalan şagirdlər dərsləri çatdırmaqdan ötrü məcburi əlavə sessiya götürməlidirlər; hətta ən bacarıqsızlar müqayisədə xeyli irəliləyişə nail olurlar. 2016-cı ildə İngiltərədə aparılan araşdırma zamanı Sinqapur yanaşmasının çox yaxşı nəticələr göstərdiyi məlum olub, amma bu yanaşmaya keçid eləmək məsələsi nədənsə qüvvədən düşüb.

Üçüncü və ən vacib dərs bacarıqlı müəllimlərin inkişafına köklənməkdir. Sinqapurda müəllimlər ən yeni metodları əxz eləməkdən ötrü ildə 100 saatlıq təlimdən keçirlər. Dövlət onlara yaxşı maaş ödəyir. Dövlətin fikrincə, siniflər böyük olmalıdır (İƏİT tərkibində olan 24 şagirdlə müqayisədə 36 şagird). Bunun məğzində dayanan əsas məqam budur: ortabab müəllimlərin dərs keçdiyi kiçik siniflərdənsə, güclü müəllimlərin dərs keçdiyi böyük siniflər yaxşıdır. Məktəblərin bürokratik yükünü çəkməyi deyil, daha çox ehtiram görməyi istəyən müəllimlər isə öz həmkarlarına təlim keçmək məsuliyyətini götürməklə, “ustad müəllim“ adını qazana bilərlər. Ən yaxşı müəllimləri təhsil nazirliyi qabağa çəkir və onlara xüsusi bonuslar verir: ümumiyyətlə, müəllimlərə özəl sektorda çalışan yoldaşlarının aldıqları qədər maaş ödənilir. Həmçinin müəllimlər hər il çətin fəaliyyət qiymətləndirməsindən keçirlər.

singapore3
Sinqapurdə müəllim dərs keçir

Sistem demək olar ki, qüsursuzdur. Digər ölkələr Sinqapurun yuxarı və aşağı nəticə toplayan şagirdlərin məktəblərini 12 yaşdan etibarən ayırmaq metodunu arzu etməyə bilərlər. Bu metodun faydası hələlik sübuta da yetirilməyib və bu, üstəlik imtahanlarda böyük stresə səbəb olur. Bundan başqa, Sinqapurun miqyası qeyri-adi dərəcədə mərkəzləşməyə imkan verir. Təhsil nazirliyinin baş direktoru baş müəllimlərin 80%-ni adla tanıdığını deyir, bu da məsələnin nə yerdə olduğunu müəyyən etməyi asanlaşdırır. Yaxşı bir şey nail olmaqdan ötrü pis situasiyayla razılaşmaq əksər yerlərdə xoşagəlməz sayılır. Məsələn, əksər ölkələrdə müəllimlərin həmkarlar ittifaqları və valideynlər böyük siniflərə qarşıdırlar. Amma bu biabırçılıqdır. Halbuki Sinqapurun ev tapşırığını nə qədər çox ölkə kopyalasaydı, təhsil çox daha yaxşı olardı.

bilge.az

Son xəbərlər
Digər xəbərlər