-1 C
Baku
Sunday, December 15, 2024

Digər ölkələrin Rusiyaya olan borcu 28.9 mlrd. dollara yüksəlib – Dünya Bankı

Digər ölkələrin Rusiyaya olan borcları 2022-ci ildə 2.3 milyard dollar (və ya 8.7 faiz) artaraq 28.9 milyard dollara çatıb. Bu barədə Dünya Bankının (DB) inkişaf etməkdə olan ölkələrin borc statistikasına dair hesabatında deyilir.

Hesabatdan belə çıxır ki, 2022-ci ilin sonunda 37 ölkənin Rusiya kreditorlarına borcu olub. Ən böyük borcu olanlar arasında Belarus (8.24 milyard dollar), Banqladeş (5.86 milyard dollar), Hindistan (3.75 milyard dollar), Misir (1.82 milyard dollar) və Vyetnam (1.39 milyard dollar) var. Aydınlaşdırılır ki, Dünya Bankında Kuba və Venesuelanın xarici borcları ilə bağlı məlumat yoxdur.

2022-ci ilin sonunda ümumi borcun böyük hissəsi (28 milyard dollar) uzunmüddətli borclar olub, yəni 2024-cü ildən etibarən ödəniləcək. Qeyd edilir ki, ümumi borcun böyük hissəsi (təxminən 28 milyard ABŞ dolları) “dövlət tərəfindən zəmanət verilən ikitərəfli borc, o cümlədən hökumətlərdən və onların agentliklərindən, muxtar orqanlardan və rəsmi ixrac kredit agentliklərindən alınan kreditlərdir”.

Bundan əlavə, ötən il Rusiya kreditorları dövlət zəmanəti ilə xarici borcalanlara təqribən 4.26 milyard dollar vəsait ayırıblar. Xüsusən Banqladeş 1.5 milyard, Belarus 1.3 milyard, Misir 867 milyon, Hindistan 505 milyon, Serbiya, Türkiyə və Özbəkistan isə təxminən 100 milyon dollar.

2022-ci ildə Rusiya 345.5 milyard rubl məbləğində dövlətlərarası kreditlər verib. 2023-cü ildə federal büdcədən 431.6 milyard rubl, 2024-cü ildə isə 468.5 milyard rubl dəyərində dövlətlərarası maliyyə və ixrac kreditlərin verilməyi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər