10 C
Baku
Wednesday, December 11, 2024

Digital Report 2020: dünya əhalisinin 51%-i sosial şəbəkələrdən istifadə edir

Banker.az xəbər verir ki, bu yaxınlarda “Hootsuite”in yayımladığı “Digital Report 2020” materialında İnternet və sosial şəbəkələrə dair aşağıdakı statistik məlumatları görmək olar:

1. Dünya əhalisinin 51%-i (3,96 milyard insan) sosial şəbəkələrdən istifadə edir. İllik artım – 376 milyon nəfər.

2. Dünya əhalisinin 59%-i (4,57 milyard insan) İnternetdən istifadə edir.

3. Orta hesabla gündə 6 saat 42 dəqiqə İnternetdə, 2 saat 22 dəqiqə sosial mediada keçiririk.

4. İnternet istifadəçilərinin 42%-i podkastlara qulaq asır.

5. Hindistanda əhalinin 60%-i səs axtarış sistemindən istifadə edir.

6. Sosial şəbəkələr arasında qarşılıqlı əlaqəyə nəzər yetirək:
“Instagram” istifadəçilərinin 34%-i “TikTok”dan da istifadə edir.

7. “Instagram” auditoriyasının 63%-i 18-34 yaş aralığına daxildir.

8. “Instagram”ın reklam kabinetində 1,082 milyard insanın reklamı var.

Bütün bu və digər məlumatları burada tapa bilərsiniz

Son xəbərlər
Digər xəbərlər