Qaraçıların gerçək yaşam tərzi …
Onlarla hər gün rastlaşırıq. İstədiklərini almayana qədər qırsaqqız olub adamdan yapışırlar. Azərbaycanda qaraçı, Türkiyədə çingənə, dünyanın başqa ölkələrində başqa ad… Fəqət, bütün dünya üçün onları ümumiləşdirən bir məqam var – dilənçi xalq.
Qaraçılar — köçəri xalqlardan biri. Hind-Avropa mənşəlidirlər. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. Avropa yazıçılarından Prosper Merime, Şarl de Koster və eləcə də Valter Skott öz əsərlərində qaraçıların mənşəyinə ötəri də olsa toxunurlar. Xüsusilə Prosper Merime Karmen əsərində belə bir ifadə işlədir:
Qaraçıların tarixi hələ də problem olaraq qalır. Ancaq bu məlumdur ki, onların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünmüşdür;lakin onların Avropaya haradan və nə üçün gəldikləri məlum deyil və qəribə burasıdır ki, az vaxt içərisində bir-birindən çox uzaq olan ölkələrdə onların bu qədər artıb çoxalmasına heç kəs inana bilmir.
Qaraçıların özləri də öz adət ənənələri və mənşələri barədə indiyə kimi heç nə qoruyub saxlamamışlar və əgər onların əksəriyyəti Misiri birinci vətənləri hesab edirsə, bu da onların ta qədimdən indiyə qədər öz aralarında yayılmış bu uydurmaya əsaslanmalarıdır.
Şarl de Koster və Valter Skott da qaraçıların tarixini XV əsrə aid edir. Digər bir məlumata görə qaraçılar İstanbulun fəthi zamanı Avropaya daxil olmuşlar. Başqa bir mülahizə isə qaraçıların eyni zamanda iki yoldan Avropaya daxil olduqları yönündədir. Bu mülahizəyə görə bir qrup Bosfor boğazından digər qrup isə Cəbəllütariq boğazından Avropaya keçmişdir.
Azərbaycanda qaraçılar Balakən ərazisinə I Şah Abbasın köçürmə siyasəti dövründə yerli tayfaların qiyamlarının qarşısını almaq məqsədilə köçürülüblər. Əsasən Şambulbinə, Gülüzənbinə, Məlikzadə kəndlərində yaşayırlar. Sayları 2000 nəfərdən artıqdır. Balakəndəki qaraçılar farsdillidir.
Qaraçılar tarixən köçəri həyat tərzi sürmüşlər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ilə məşğul olurdular.
Qaraçılar haqda məlumat ilk dəfə 1501-ci ildə qeydə alınıb. Bu köçəri xalqın orijinallığını və mədəniyyətini qorumaq məqsədilə 1971-ci ildə Londonda Qaraçıların beynəlxalq İttifaqı yaradıldı. Beynəlxalq Qaraçılar Günü isə 8 aprel 1971-ci ildə keçirilmiş konqresdə təsis olunub. Orta əsrlərdə Avropanın əksər ölkələrində qaraçılar əleyhinə qanun qəbul olunub, 16-cı əsrdə Britaniyada qaraçılara o halda yaşamağa icazə verilirdi ki, onlar öz milli həyat tərzlərindən əl çəksinlər. 1710-cu ildə Praqada İ İosif əmr verir ki, bütün qaraçı kişiləri asılsın. Bohemiyada onların sol qulaqlarını kəsirdilər. Belə kəskin ayrı-seçkilik Avropada aradan qalxıb, amma yenə də savadlı qaraçı üçün iş tapmaq hələ də problemdir.
Qaraçıların özlərinə məxsus elə adət-ənənələri vardır ki, bunlar heç bir xalqa xas deyil. Misal üçün, qaraçılar ən qədimdən (Şimali Pakistanda, Ərəbistanın şimal bölgələrində və Borçalıda) ailə qurarkən qızlar bir qayda olaraq yalnız qaraçı tayfasından olan oğlanlara ərə gedə bilərlər. Qaraçı oğlanları isə başqa millətin nümayəndəsi ilə təsadüfi hallarda evlənə bilərdi. Belə hallar çox az baş verə bilərdi. Qaraçılar ailə məsələsində qan qohumluğu əlamətlərini hər şeydən üstün tuturdu.
Sizə təqdim etdiyimiz bu şəkillərdə isə dünyanın müxtəlif ölkələrində yaşayan qaraçı ailələrinin qədim peşələri olan dilənçiliklə qurub yaratdıqları mülkləri, gerçək həyat tərzləri təsvir olunur.
Modern.az
Comments are closed.