25 C
Baku
Friday, April 19, 2024

Diler nədir?

Diler anlayışı ingilis dilində olan “dealer terminindən yaranmaqla tacir, agent mənasını daşıyır. Diler – məhsulları topdan alan və onları pərakəndə və yaxud kiçik hissələrlə satan, hər hansı bir şirkətin marketinq kanalıdır.

Dilerlər – istehsalçı şirkətin və yaxud distribütorun agentidir və bununla da onun məhsulların paylanması zəncirində son halqadır.

Pərakəndə diler – məhsul istehsalçıları ilə məhsulu hüquqi və fiziki şəxs simasında əldə etməyi istəyən şəxs arasında vasitəçi rolunu oynayır.

Diler müqaviləsi istehsalçı və diler arasında bağlanmaqla onların hüquq və öhdəliklərini təyin edir. Lakin tərəflər arasındakı münasibətlər məhsul ilə təmin etmə və məhsulun dəyərinin ödənməsi ilə yekunlaşmır. Marketinq təcrübəsi dilerliyi adi topdan satışdan fərqləndirən çoxsaylı prinsiplər təyin etmişdir. Diler alıcı və ödəyici öhdəliklərindən əlavə, istehsalçı qarşısında bir sıra əlavə öhdəlik və müəyyən hüquqlara sahibdir.

Eksklüziv diler – müəyyən sahə, bazar və regionda istehsalçının və yaxud distribütorun maraqlarını təmsil etməklə eksklüziv hüquqlara malikdir.

Diler fəaliyyətindən danışası olsaq, yadda saxlamaq lazımdır ki, dilerlik  istehsalçı şirkət və yaxud distribütor qarşısında müəyyən məsuliyyət və öhdəliyə sahib olmaqdır.

Son xəbərlər
Digər xəbərlər