“Ali təhsil müəssisələrinə qəbul balı ötən illə müqayisədə bu il arta bilər”
Bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov bu gün media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, ötən il ilə müqayisədə bəzi qruplarda qəbul balında artım ola bilər. Gələn həftə abituriyentlər üçün kitabçalar dərc olunacaq. Lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq.
“Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq. Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi avqustun 19-a kimi davam edəcək. Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq. Gələn həftə Abituriyent 4 jurnalı çap olunacaq. Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq”, – deyə o qeyd edib.