“Bugünkü brifinqdə heç bir məhdudiyyətdən söhbət getmədi. Qaydalar qüvvədə saxlanılır”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
O xatırladıb ki, qarşıdan tədris ili gəlir, dərslər başlayacaq.
“Tədrisin əyani formada davam etdirilməsi üçün hər bir vətəndaş məsuliyyətli olmalıdır. Heç bir məsələdə güzəştə getməməliyik”, – deyə DİN rəsmisi vurğulayıb.
E. Hacıyev dövlət qurumlarının işini ağırlaşdırmamaq üçün vətəndaşları diqqətli olmağa çağırıb.