3 C
Baku
Saturday, December 14, 2024

DİN yaşayış yeri üzrə qeydiyyatla bağlı vətəndaşlara müraciət edib

Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.

“Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülüməsi təmin edilir”, məlumatda deyilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər